Azərbaycanla İspaniya arasında hərbi əməkdaşlığın perspektivləri müzakirə olunub
Müdafiə naziri Zakir Həsənov İspaniya Krallığının ölkəmizdə diplomatik fəaliyyəti başa çatan müvəqqəti işlər vəkili Xose Luis Diez Xuares ilə görüşüb.
1news.az-ın məlumatına görə, Azərbaycanla İspaniya arasında hərbi, hərbi-texniki əməkdaşlığın perspektivləri müzakirə olunub, ölkələrimiz arasında hərbi əlaqələrin bundan sonra da inkişaf edəcəyi vurğulanıb.
Müdafiə naziri ölkələrimiz arasında əlaqələrin inkişafına verdiyi töhfəyə görə diplomata təşəkkür edib və ona gələcək fəaliyyətində uğurlar arzulayıb.
Diplomat isə öz növbəsində ölkəmizdə fəaliyyəti dövründə İspaniya ilə Azərbaycan arasında bir çox sahələrdə əməkdaşlıq əlaqələrinin qurulduğunu, mövcud münasibətlərin daha da genişlənməsi və inkişafı üçün səylə çalışdığını qeyd edib. O, ölkəmizdən xoş təəssüratlarla ayrıldığını, Azərbaycan dövlətinin və xalqının daim səmimi dostu olaraq qalacağını vurğulayıb.
Babək Cahandarov