Meteoroloqlardan xəbərdarlıq: Havanın temperaturu 42 dərəcəyə qədər artacaq | 1news.az | Xəbərlər
Cəmiyyət

Meteoroloqlardan xəbərdarlıq: Havanın temperaturu 42 dərəcəyə qədər artacaq

12:45 - 18 / 07 / 2017
Meteoroloqlardan xəbərdarlıq: Havanın temperaturu 42 dərəcəyə qədər artacaq

Ekologiya və Təbii Sərvətlər Nazirliyi ölkə ərazisində hava şəraitinin istiləşəcəyi barədə xəbərdarlıq edib.

Nazirliyin Milli Hidrometeorologiya Departamentindən 1news.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında iyulun 19-dan 23-dək havanın maksimal temperaturunun 34-38, bəzi yerlərdə  40 dərəcə isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında iyulun 19-dan 23-dək hava şəraitinin isti olacağı gözlənilir.

Havanın maksimal temperaturu 35-40, Naxçıvan MR-nın və Mərkəzi-Aran rayonlarının bəzi yerlərində 42, dağlıq rayonlarda isə 28-33 dərəcə isti olacaq.

Babək Cahandarov

Paylaş:
702

Son xəbərlər

Bütün xəbərlər