İmprotex Motors Azərbaycan bazarına YENİ MINI Countryman avtomobilini çıxarır – FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

İmprotex Motors Azərbaycan bazarına YENİ MINI Countryman avtomobilini çıxarır – FOTO

16:00 - 19 / 07 / 2017
İmprotex Motors Azərbaycan bazarına YENİ MINI Countryman avtomobilini çıxarır – FOTO

Azərbaycanda ilk rəsmi avtomobil idxalçılardan biri - "İmprotex Motors" şirkəti 1998-ci ildə yaradılıb və onun əsas fəaliyyəti premium sinfli avtomoboillərlə bağlıdır.

2015-ci ildən etibarən "İmprotex Motors" şirkəti hal-hazırda BMW AG-nin tərkib hissəsi olan Britaniyanın dünya şöhrətli MINI brendinin Azərbaycandakı rəsmi və eksklüziv idxalçısıdır.  

İyulun 18-də “İmprotex Motors" şirkəti MINI sərgi-satış salonunda təntənli surətdə brend müştərilərinə və dostlarına MINI model sırasının yeniliyini - COUNTRYMAN modelini təqdim etdi. Təqdimat yeri tanınmış Britaniya brendinin ənənəvi üslubunda bəzədilib.

Təqdimatən əvvəlində “İmprotex Motors" şirkətinin baş direktorunun birinci müavini Bayram Yaqubov iştirak edən qonaqları salamlayaraq  MINI brendinin Azərbaycanda yolu və gələcək perspektivləri barədə danışıb.

Yeni MINI Countryman - hər bir şəraitdə sükan arxasında zövq.

İkinci nəsl MINI Countryman modelini təqdim edərək əfsanəvi Britaniya markası yığcam avtomobil sinfində fəal irəliləyişini davam edir. Yeni MINI Countryman – 57 illik MINI marka tarixinin ən böyük və ən universal modelidir. Tamamilə yeni avtomobilin daha da artmış tutum imkanı, idman hasiyyəti və premium səviyyəyə məxsus xarici görünüşü ilə həyacanlandırır.     

Avtomobilin manevr etmə qabiliyyətinə və dinamikasına görə tayı-bərabəri yoxdur. Bütövlükdə yenidən işlənmiş ALL4 tam ötürmə sistemi sükan arxasındakı zövqü həm asfaltlanmış yollarda, həm də yolsuzluqda təmin edir. 

Avtomobil müəyyən dərəcədə daha iri ölçülü olmuş və onun tənzimləmə imkanları artıb.  Yeni MINI Countryman avtomobili sələfinə nisbətən təxminən 2 sm daha uzun və 3 sm daha enlidir. Avtomobilin çarx bazası 7,5 sm böyüyüb. Avtomobildə beş tam ölçülü oturacaq yeri mövcuddur. Oturacaqların yüksəlmiş mövqesi optimal görünmə dərəcəsini və sükan arxasında misilsiz hissiyəti təmin edir. Arxa oturacaqları uzunlamasına 13 sm-dək tənzinləmək mümkündür. Arxa oturacağın söykənəcəyi isə hissə-hissə 40:20:40 nisbində quraşdırıla bilər. Bundan başqa arxa oturacaqları daha da rahat etmək və yük yerinin tutumunu əlavə artırmaq məqsədi ilə söykənəcəyin əyilmə küncünü də tənzimləmək olar. Yük yerinin həcmi 450 litrdir, ehtiyac yarandıqda isə onu 1390 litrədək artırmaq mümkündür. Əvvəlki modellə müqayisə etdikdə yük yerinin marsimal həcmi 220 litr böyüyüb.  Əlavə təchizat siyahısına yük yerinin qapısının elektrik ötürücüsü daxildir. Rahat daxil olma funksiyası ilə birgə yük yerinin qapısının toxunuşsuz açılıb-bağlanması təklif olunur. Həmçinin yük yerindən qeyri-adi əlavə təchizat növü olan Picnic Bench iki nəfərlik xüsusi oturacaq paneli də açıla bilər.   

Ən müasir MINI Countryman avtomobilində bu modelə məxsus universallıq, dinamika, manevr etmə qabiliyyəti və premium səviyyəli xasiyyət açıq-aşkar gözə çarpır. Modelə aid xüsusi dam xətti, vertikal mövqeli dal fənərlər, radiator barmaqlığın altıbucaqlı konturu və iri qabaq fənərlər son dərəcədə qabaqcıl inkişaf edilib. Fənər konturu MINI brendinin səciyyəvi girdə formasından fərqlidir.

Əlavə təchizat kimi sürücü tərəfində yaddaş funksiyasının tənzimləmə düymələri daxil olmaqla qabaq oturacaqların elektrik ötürücüsü təklif edilir. Yeni MINI Countryman salonunun dal hissəsində üç tam ölçülü oturacaq yeri mövcuddur. Ayaq yeri sahəsinin mühüm dərəcədə artması da gözə çarpır. Əvvəliki modellə müqayisədə daha böyük dal qapı yerləri salona daha rahat daxil olma və çıxma imkanı yaradır.

Avtomobilin təqdimat tarixinə ən son nəsil MINI TwinPower Turbo texnologiyalı 130-132 at gücünə malik benzin və dizel mühərriklər təklif olunur.

Yeni MINI Countryman avtomobilin əlavə təchizat siyahısına həmçinin Dynamic Damper Control adlı amortizator sərliyinin dinamik tənzimləyicisi də daxildir. Həmin tənzimləyicinin köməyi ilə qaz pedalının və sükan gücləndiricisinin xüsusiyyətləri dəyişdirilir, rahatlığı təmin edən funksiyalar və eyni zamanda mühərrikin akustikası və Steptronic tipli avtomatik sürət ötürmə qutusunun sürət ötmə alqoritmi müəyyənləşdirilir. Əlavə təchizatlı MINI Countryman taymeri eniş, qarlı yol və yolsuzluq kimi çətin yol şəraitində səyahət vaxtını qeyd edir. Bundan başqa parklama zamanı təhlükəli qəza məsafəsi barədə xəbərdar edən Park Distance Control siqnalizasiya sistemi, dal görünmə kamerası, parklama köməkçisi və proyeksiya displeyi də təklif edilir.  Əlavə təchizat qismində «MINI Yours Interior Styles» interyerin üç növ dizayner işləmə dəstini seçmək olar.  Həmin dizayner işləmə dəsti ölçü cihaszlar panellərini müxtəlif  dekorativ tərzdə işıqlandırmaqla onlararın xüsusi üslubunu vurğulayır. 

Yaxın gələcəkdə BMW AG şirkəti MINI model sırasını bir neçə model variantı ilə tamamlayacaq.

Daha ətraflı məlumatı rəsmi MINI İdaxçısından əldə etmək olar:

Ünvan: Ə. Əlizadə küç. 5, AZ1001, Bakı,

Telefon: (+994 50)  207 17 60

Instagram: mınıazerbaijan / improtexmotors

Facebook: MINI BAKU

Reklam hüququnda

Paylaş:
722

Son xəbərlər

Yaşa görə pensiya alanların sayı açıqlanıbBu gün, 11:23Dövlət Başçısı Səudiyyə Ərəbistanının Kralına təbrik məktubu ünvanlayıbBu gün, 11:18Prezident yeddinci çağırış Milli Məclisin ilk iclasında iştirak edirBu gün, 11:08Müəllimlərin iş yerinin qarşılıqlı dəyişdirilməsi başlayıbBu gün, 10:56“mygov”da bütün sənədləri “SİMA İmza” ilə əldə etmək mümkündür!Bu gün, 10:47Əmtəə bazarlarında qızılın qiyməti 2 650 dolları ötübBu gün, 10:41Qarabağ Universitetində ilk dərs günü - FOTOBu gün, 10:38Paytaxtın Xaqani küçəsində üfüqi yol nişanlanması işləri görülübBu gün, 10:25Kolleclərin boş qalan plan yerlərinə ixtisas seçimi başa çatırBu gün, 10:17“McDonald's Azərbaycan” internat məktəbinin şagirdləri ilə birlikdə sahilboyu ərazidə təmizlik aksiyası keçirib - FOTOBu gün, 10:11Braziliyada keçirilən G20 tədbirində Azərbaycanın turizm təcrübəsi təqdim edilibBu gün, 10:038 Noyabr prospektində avtomobillərin hərəkətinə qoyulan məhdudiyyət qismən aradan qaldırılıb - FOTOBu gün, 09:54İqlim konfranslarının tərəfdaşlığı: COP28, COP29 və COP30 üçlüyü – FOTOBu gün, 09:48Qərbi Azərbaycan İcmasından Kanadanın xarici işlər nazirinin ölkəmizə qarşı qərəz və böhtan dolu bəyanatına CAVABBu gün, 09:37Su polisi dənizkənarında narkotik satışı ilə məşğul olmaqda şübhəli bilinən şəxsi saxlayıb - VİDEOBu gün, 09:25AMB günün valyuta məzənnələrini açıqladıBu gün, 09:09Metroda qatarda nasazlıq yarandı - Sərnişinlər düşürüldüBu gün, 09:07Bakının bir sıra yollarında tıxac müşahidə edilir - SİYAHIBu gün, 09:04Xankəndidə illər sonra ilk toy mərasimi keçirilib - FOTO21 / 09 / 2024, 17:59“Qışın sərt keçəcəyi barədə yayılan məlumatlarla əlaqədar bildiririk ki,... ” - Milli Hidrometeorologiya Xidməti21 / 09 / 2024, 17:19
Bütün xəbərlər