Mikayıl Cabbarov olimpiada qalibləri ilə görüşüb - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Mikayıl Cabbarov olimpiada qalibləri ilə görüşüb - FOTO

16:40 - 19 / 07 / 2017
Mikayıl Cabbarov olimpiada qalibləri ilə görüşüb - FOTO

İyulun 19-da təhsil naziri Mikayıl Cabbarov 49-cu Beynəlxalq Kimya Olimpiadasında medal qazanan məktəblilər, onların müəllimləri  və valideynləri ilə görüşüb.

1news.az-a Təhsil Nazirliyinin mətbuat xidmətindən verilən məlumata əsasən, təhsil naziri olimpiada qaliblərini qazandıqları uğur münasibəti ilə təbrik edib, bu uğurların davamlı olacağına və əldə olunan təcrübənin gələcəkdə daha böyük nailiyyətlərə imkan yaradacağına əminliyini ifadə edib. 49-cu Beynəlxalq Kimya Olimpiadasında ölkəmizi təmsil edən şagirdlərin yüksək nailiyyətlərinə görə Azərbaycanın 78 ölkə arasında 15-ci yerdə qərarlaşdığını deyən təhsil naziri bu uğurların şagird və müəllimlərin gərgin əməyinin nəticəsi olduğunu bildirib.

Nazir həmçinin, 2015-ci ildə  47-ci Beynəlxalq Kimya Olimpiadasının  M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının təşkilatçılığı ilə keçirildiyini,  iki şagirdimizin bu olimpiadada bürünc medala layiq görüldüyünü xatırladıb.

Son illərdə azərbaycanlı şagirdlərin olimpiadalardakı yüksək nəticələrindən danışan Mikayıl Cabbarov bu prosesin təşkilinə xüsusi diqqət yetirildiyini qeyd edib.

M.V.Lomonosov adına MDU-nun Bakı filialının kimya fakültəsinin dekan müavini,  komandanın rəhbəri İqrar Nəzərov çıxış edərək bildirib ki, şagirdlərimiz digər ölkələrin təmsilçilərindən iki-üç yaş kiçik olmalarına baxmayaraq böyük uğura imza atıblar. İqrar Nəzərov şagirdlər arasında sağlam rəqabət mühitinin formalaşdırılmasının əhəmiyyətindən, tədris laboratoriyalarında medalçılar üçün yaradılan şəraitdən danışıb.

49-cu Beynəlxalq Kimya Olimpiadasında qızıl medal qazanan akademik Zərifə Əliyeva adına liseyin eksperimental pilot siniflərinin 10-cu sinif şagirdi Ramil Babazadə, gümüş medalçı, Bakı şəhəri 160 nömrəli Klassik Gimnaziyanın 10-cu sinif şagirdi Nəriman Mirişov və olimpiadanın bürünc medalçısı, Lənkəran şəhəri 4 nömrəli Humanitar təmayüllü məktəb-liseyin eksperimental pilot siniflərinin 10-cu sinif şagirdi Turan Məmmədli olimpiada ilə bağlı öz təəssüratlarını bölüşüblər.

Görüşün sonunda 49-cu Beynəlxalq Kimya Olimpiadasının qaliblərinə,  komandanın rəhbəri və müəllimlərinə Təhsil Nazirliyinin Fəxri fərmanı təqdim olunub.

S.Xankişiyeva

Paylaş:
892

Son xəbərlər

Dövlət Başçısı Səudiyyə Ərəbistanının Kralına təbrik məktubu ünvanlayıbBu gün, 11:18Prezident yeddinci çağırış Milli Məclisin ilk iclasında iştirak edirBu gün, 11:08Müəllimlərin iş yerinin qarşılıqlı dəyişdirilməsi başlayıbBu gün, 10:56“mygov”da bütün sənədləri “SİMA İmza” ilə əldə etmək mümkündür!Bu gün, 10:47Əmtəə bazarlarında qızılın qiyməti 2 650 dolları ötübBu gün, 10:41Qarabağ Universitetində ilk dərs günü - FOTOBu gün, 10:38Paytaxtın Xaqani küçəsində üfüqi yol nişanlanması işləri görülübBu gün, 10:25Kolleclərin boş qalan plan yerlərinə ixtisas seçimi başa çatırBu gün, 10:17“McDonald's Azərbaycan” internat məktəbinin şagirdləri ilə birlikdə sahilboyu ərazidə təmizlik aksiyası keçirib - FOTOBu gün, 10:11Braziliyada keçirilən G20 tədbirində Azərbaycanın turizm təcrübəsi təqdim edilibBu gün, 10:038 Noyabr prospektində avtomobillərin hərəkətinə qoyulan məhdudiyyət qismən aradan qaldırılıb - FOTOBu gün, 09:54İqlim konfranslarının tərəfdaşlığı: COP28, COP29 və COP30 üçlüyü – FOTOBu gün, 09:48Qərbi Azərbaycan İcmasından Kanadanın xarici işlər nazirinin ölkəmizə qarşı qərəz və böhtan dolu bəyanatına CAVABBu gün, 09:37Su polisi dənizkənarında narkotik satışı ilə məşğul olmaqda şübhəli bilinən şəxsi saxlayıb - VİDEOBu gün, 09:25AMB günün valyuta məzənnələrini açıqladıBu gün, 09:09Metroda qatarda nasazlıq yarandı - Sərnişinlər düşürüldüBu gün, 09:07Bakının bir sıra yollarında tıxac müşahidə edilir - SİYAHIBu gün, 09:04Xankəndidə illər sonra ilk toy mərasimi keçirilib - FOTO21 / 09 / 2024, 17:59“Qışın sərt keçəcəyi barədə yayılan məlumatlarla əlaqədar bildiririk ki,... ” - Milli Hidrometeorologiya Xidməti21 / 09 / 2024, 17:19VII çağırış Milli Məclisin deputatları - SİYAHI21 / 09 / 2024, 17:01
Bütün xəbərlər