Bakının bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq

Sabah Bakının bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.
Bu barədə 1news.az-a “Azərsu” ASC-nin ctimaiyyətlə əlaqələr şöbəsindən məlumat veriblər.
Məlumata görə, magistral su xəttinin yerinin dəyişdirilməsi və birləşmələrin verilməsi ilə əlaqədar 20 iyul tarixində gün ərzində Nəsimi rayonunun bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.
Yaranan narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.
1news.az
949