Yaşlı kişiyə qarşı quldurluq edən Gəncə sakinləri ələ keçdi | 1news.az | Xəbərlər
Cəmiyyət

Yaşlı kişiyə qarşı quldurluq edən Gəncə sakinləri ələ keçdi

19:56 - 19 / 07 / 2017
Yaşlı kişiyə qarşı quldurluq edən Gəncə sakinləri ələ keçdi

Polis əməkdaşları yaşlı kişiyə qarşı quldurluq edən şəxsləri saxlayıblar.

1news.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyindən məlumat veriblər.

Məlumata görə, iyulun 18-də Gəncə şəhərinin Gülüstan qəsəbə sakini Bəxtiyar Məmmədov Nizami (Gəncə) RPİ-yə müraciət edib iyulun 17-də qəsəbə ərazisində şəhər sakinləri  Elvin Yusifovun və Ziyad Mustafayevin onu bıçaqla hədələyib 1000 manat pul, mobil telefon və təqaüd kartını verməsini tələb etmələrini bildirib.

Nizami (Gəncə) RPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində E.Yusifov və Z.Mustafayev tutulublar.

1news.az

Paylaş:
636

Son xəbərlər

Bütün xəbərlər