Firudin Hacıyev 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib | 1news.az | Xəbərlər
Rəsmi

Firudin Hacıyev 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib

18:42 - 20 / 07 / 2017
Firudin Hacıyev 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib

Prezident İlham Əliyev F.S.Hacıyevin 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

1news.az-ın dövlət başçısının rəsmi saytına istinadən verdiyi xəbərə görə, sərəncamda deyilir:

“Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikasında dövlət qulluğunda uzunmüddətli səmərəli fəaliyyətinə görə Firudin Süleyman oğlu Hacıyev 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilsin”.

1news.az

Paylaş:
1504

Son xəbərlər

Bütün xəbərlər