Yaralı erməni hərbçilərinin yaxınları hospitalda göstərilən münasibətdən şikayət edirlər | 1news.az | Xəbərlər
Siyasət

Yaralı erməni hərbçilərinin yaxınları hospitalda göstərilən münasibətdən şikayət edirlər

19:11 - 20 / 07 / 2017
Yaralı erməni hərbçilərinin yaxınları hospitalda göstərilən münasibətdən şikayət edirlər

Ermənistanın Sünik vilayətinin İşxanasar yaşayış məntəqəsinin sakini Anna Atanesyan Qarabağda hərbi xidmət keçən qohumu əsgər Artur Tatevosyanın hərbi hissədə döyüldükdən sonra Hadrut hospitalına yerləşdirilməsi və göstərilən qeyri-insani münasibətdən sosial şəbəkələr vasitəsilə hakimiyyətə müraciət edib.

1news.az-ın xəbərinə görə, o bildirib ki, tibb müəssisəsində yerləşdirilən yaralılar və xəstələr normal müalicə olunmur və onlara ixtisaslı yardım göstərilmir. Əksər hallara valideynlər uşaqlarının müalicəsi üçün şəxsi vəsaitləri hesabına dərman və digər tibbi ləvazimatlar alırlar.

Müraciətinin sonunda A.Atanesyan sosial şəbəkə istifadəçilərini hakimiyyətə etibar etməməyə, hospitalda müalicə olunan hərbi qulluqçulara maddi və mənəvi dəstək göstərmək üçün fəal olmağa çağırıb.

1news.az

Paylaş:
600

Son xəbərlər

Bütün xəbərlər