Piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanıb

20:18 - 20 / 07 / 2017
Piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanıb

İyulun 19-da Bakının Sabunçu rayonu ərazisində bir piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsinin baş verməsi faktı üzrə həmin tarixdə Sabunçu rayon polis idarəsinin istintaq şöbəsində Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.

Daxili İşlər Nazirliyinin və Baş Prokurorluğun mətbuat xidmətlərinin 1news.az-a daxil olan birgə məlumatında bildirilir ki, hadisə baş verdikdən dərhal sonra yaradılmış istintaq-əməliyyat qrupu tərəfindən hadisə yerinə, avtomobillərə, meyitə baxış keçirilib, məhkəmə-tibb ekspertizası təyin olunub. Həmçinin yol-nəqliyyat hadisəsinin iştirakçısı olmuş avtomobillərin sürücüləri dindirilib, sərxoş olub-olmamalarını müəyyən etmək üçün tibbi müayinədən keçirilib. Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzinin hadisə yerində olan kameralarının görüntüləri götürülüb və digər istintaq hərəkətləri icra olunub.

Aparılmış təxirəsalınmaz ilkin ibtidai istintaq hərəkətləri nəticəsində müəyyən edilib ki, iyulun 19-da saat 00:50-də Həsən Həsənov idarə etdiyi “Mercedes-Benz 208D” markalı mikroavtobusla Sabunçu qəsəbəsindəki Heydər Əliyev prospekti ilə Beynəlxalq hava limanı istiqamətində hərəkətdə olarkən prospektin həmin hissəsində yerüstü piyada keçidi olduğu halda prospekti keçid olmayan yerdən orta dərəcəli sərxoş vəziyyətdə keçmək istəyən piyada - Göyçay rayon sakini Mirmehdi Musayevi avtomobilin sol yan güzgüsü ilə vuraraq onunla eyni istiqamətdə hərəkətdə olan Əhəd Kərimovun idarə etdiyi “Porsche Cayenne” markalı avtomobilin hərəkət yoluna atıb və avtomobil piyadanın üzərindən keçib. M.Musayev aldığı xəsarətlərdən hadisə yerində ölüb. Bundan sonra hər iki avtomobilin sürücüsü dayanaraq hadisə yerini tərk etməyiblər.

İstintaqla müəyyən edilib ki, mikroavtobusun sürücüsü Həsən Həsənov fərdi qaydada sərnişin daşınması fəaliyyəti ilə məşğul olur, sürücülük hüququ var, avtomobili idarə edərkən sərxoş vəziyyətdə olmayıb.

Bundan başqa, müəyyən olunub ki, “Porsche Cayenne” markalı avtomobilin sürücüsü Əhəd Kərimov paytaxtdakı şirkətlərdən birində menecer vəzifəsində çalışır. Onun atası - Şirvan şəhər polis şöbəsinin təhqiqat bölməsinin rəisi Hikmət Kərimov ilə anasının nikahları 1994-cü ildə rəsmi qaydada pozulub. Əhəd Kərimov isə həmin vaxtdan Bakıda dayısının himayəsində yaşayır. Ə.Kərimovun sürücülük hüququ var, avtomobili idarə edərkən sərxoş vəziyyətdə olmayıb. O, idarə etdiyi “Porsche Cayenne” markalı avtomobili bu il internet vasitəsilə verilmiş elan üzrə Bakıda alıb.

Şirvan şəhər polis şöbəsinin təhqiqat bölməsinin rəisi Hikmət Kərimovun qeyd olunan avtomobilin alınmasında hər hansı formada rolunun, maliyyə dəstəyinin, qanunazidd hərəkətlərinin olub-olmamasını müəyyən etmək üçün Daxili İşlər Nazirliyində xüsusi xidməti yoxlama təyin edilib.

Cinayət işi üzrə ibtidai istintaqın tam, hərtərəfli və obyektiv aparılmasını təmin etmək məqsədilə istintaqın davam etdirilməsi baş prokurorun 2017-ci il 20 iyul tarixli qərarı ilə Bakı Şəhər Prokurorluğunun istintaq idarəsinə həvalə edilib. Cinayət işi Daxili İşlər Nazirliyinin və Baş Prokurorluğun rəhbərliyinin xüsusi nəzarətinə götürülüb.

Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir. Təqsiri olan hər bir şəxsin qanunvericiliklə nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilməsi təmin olunacaq.

1news.az

Paylaş:
572

Son xəbərlər

Prezident quru sərhədlərin bağlı olmasından danışdı: Bizi böyük fəlakətlərdən xilas etdiBu gün, 13:15Sabah yağış yağacağı gözlənilir - ProqnozBu gün, 13:03VII çağırış Milli Məclis sədrinin müavinləri seçilib, say artırılıb - ADLARBu gün, 12:50“Qələbəmizi həzm edə bilməyən xarici dairələr bizə qarşı yeni planlar hazırlayır”Bu gün, 12:36“Dirçəliş Kuboku” xeyriyyə minifutbol turnirinin rəsmi açılış mərasimi keçirilibBu gün, 12:35Dövlət başçısı ölkə qarşısında duran bəzi vəzifələri açıqladıBu gün, 12:33İlham Əliyev: Suverenliyimizin tam bərpa edilməsi ölkə qarşısında yeni üfüqlər açırBu gün, 12:31Sahibə Qafarova yenidən parlamentin sədri olduBu gün, 12:23Prezident yeddinci çağırış Milli Məclisin ilk iclasında çıxış edib - FOTO - YENİLƏNİBBu gün, 12:14Dəniz kənarının yeni incisi: PAŞA Real Estate yeni “Crescent Residences” layihəsini təqdim edibBu gün, 12:06“Biznesin müflisləşməsi” İşçi qrupunun sahibkarlıq subyektləri ilə görüşü keçirilibBu gün, 12:02Yaşa görə pensiya alanların sayı açıqlanıbBu gün, 11:23Dövlət Başçısı Səudiyyə Ərəbistanının Kralına təbrik məktubu ünvanlayıbBu gün, 11:18Müəllimlərin iş yerinin qarşılıqlı dəyişdirilməsi başlayıbBu gün, 10:56“mygov”da bütün sənədləri “SİMA İmza” ilə əldə etmək mümkündür!Bu gün, 10:47Əmtəə bazarlarında qızılın qiyməti 2 650 dolları ötübBu gün, 10:41Qarabağ Universitetində ilk dərs günü - FOTOBu gün, 10:38Paytaxtın Xaqani küçəsində üfüqi yol nişanlanması işləri görülübBu gün, 10:25Kolleclərin boş qalan plan yerlərinə ixtisas seçimi başa çatırBu gün, 10:17“McDonald's Azərbaycan” internat məktəbinin şagirdləri ilə birlikdə sahilboyu ərazidə təmizlik aksiyası keçirib - FOTOBu gün, 10:11
Bütün xəbərlər