Sədaqət Vəliyeva: Jurnalistlərin sosial müdafiəsinin gücləndirilməsi dövlətin prioritetlərindəndir | 1news.az | Xəbərlər
Siyasət

Sədaqət Vəliyeva: Jurnalistlərin sosial müdafiəsinin gücləndirilməsi dövlətin prioritetlərindəndir

13:55 - 21 / 07 / 2017
Sədaqət Vəliyeva: Jurnalistlərin sosial müdafiəsinin  gücləndirilməsi dövlətin prioritetlərindəndir

Müasir Azərbaycan dövləti daim dünya ölkələri üçün nümunə sayıla biləcək addımları ilə fərqlənib. İstər iqtisadi, istər sosial, istərsə də mədəni sahələrdə novatorluq edən Azərbaycan dövləti media sahəsində də qlobal miqyasda bir ilkə imza atdı.

Məhz Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə jurnalistlər üçün binalar inşa edildi və 410 KİV nümayəndəsi ailəsinin mənzilə olan ehtiyacları dövlət hesabına təmin edildi. Bu, həqiqətən də dünyada analoqu olmayan bir tarixi hadisədir.

1news.az-ın AZƏRTAC-a istinadla verdiyi xəbərə görə, bunu Yeni Azərbaycan Partiyası (YAP) Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva deyib.

Sədaqət Vəliyevanın sözlərinə görə, müstəqil Azərbaycanda milli mətbuata olan diqqət və qayğı, ölkədə söz və fikir azadlığının təminatı, plüralizmin bərqərar olması ulu öndər Heydər Əliyevin əsasını qoyduğu siyasi kursun bəhrələridir. O deyib: “Bu gün həmin siyasi kursu uğurla davam etdirən Prezident İlham Əliyevin hərtərəfli qayğısı nəticəsində Azərbaycanda KİV sahəsində mühüm layihələr icra edilir. Bütün azadlıqların təminatı ilə yanaşı, jurnalistlərin sosial problemlərinin həlli məsələsi də daim dövlətin diqqəti mərkəzində olub. Bu qayğının ən bariz nümunəsi isə 2010-cu ildən başlayaraq jurnalistlərin sosial müdafiəsinin möhkəmləndirilməsi, mətbuat işçilərinin mənzil şəraitinin yaxşılaşdırılması və onlar üçün yaşayış binasının tikilməsi məqsədilə Prezident İlham Əliyev tərəfindən imzalanan sərəncamlardır. Məhz həmin məqsədlə bu günədək 30 milyon manatdan artıq vəsait ayrılıb”.

“Media nümayəndələri arasında elə jurnalistlər var idi ki, ümumiyyətlə onların ev almaq arzuları xəyal olaraq qalırdı. Amma Prezident İlham Əliyevin diqqət və qayğısı nəticəsində onlar da mənzil sahibi oldular”, – deyən Sədaqət Vəliyeva mənzil sahibi olmuş bütün jurnalistləri təbrik edib.

S.Xankişiyeva

Paylaş:
732

Son xəbərlər

Azad edilmiş rayonlarda nə qədər iş yeri yaradılıb? - Statistika açıqlandıBu gün, 11:58Şəkərli diabetin müayinə və stasionar müalicəsi icbari tibbi sığorta ilə qarşılanırBu gün, 11:36FHN dəm qazı təhlükəsi ilə əlaqədar əhaliyə müraciət edibBu gün, 11:32Azərbaycan Prezidenti Mavritaniyanın dövlət başçısına təbrik məktubu ünvanlayıbBu gün, 11:22Dövlət başçısı Timor-Leste Demokratik Respublikasının Prezidentini təbrik edibBu gün, 11:19Məktəbdənkənar təhsil müəssisələrinə elektron qəbul başlayıbBu gün, 11:11“Bərgüşadçay” yedək gəmisi istismara verilibBu gün, 11:08İlham Əliyev Albaniya Prezidentini təbrik edibBu gün, 11:07Suqovuşan-Sərsəng su anbarı-Qozlukörpü-Kəlbəcər avtomobil yolunun inşası davam edir - FOTO - VİDEOBu gün, 11:02COP29 zamanı İçərişəhər və Qala muzeyləri 12000-dən artıq ziyarətçi qəbul edibBu gün, 11:00Paşa Kapitalda “SİMA İmza” ilə məsafədən hesab açmaq imkanı yaradılıbBu gün, 10:41LG telefon bazarını tərk etdiBu gün, 10:34Psixoloq: Oyuncaqlar uşaqların xarakterini formalaşdırırBu gün, 10:20Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi endirilibBu gün, 10:11Bakıda yağıntılı hava şəraiti hökm sürür - FAKTİKİ HAVABu gün, 09:58Doktoranturada təhsil alanlar üçün xarici dillər üzrə fəlsəfə doktoru imtahanı keçiriləcəkBu gün, 09:50Adil Kərimlinin X Qlobal Forumda məruzəsi dinlənilibBu gün, 09:46BDU-nun Astrofizika kafedrası: “Noyabrın 28-29-da geomaqnit qasırğası gözlənilir”Bu gün, 09:30AMB 28 noyabra olan valyuta məzənnələrini açıqladıBu gün, 09:29Bakıda qarlı havalara hazırlıq işləri görülür, texnikalar hazır vəziyyətə gətirilibBu gün, 09:20
Bütün xəbərlər