Qaxda 108 ədəd qovaq ağacını kəsən şəxs məsuliyyətə cəlb ediləcək | 1news.az | Xəbərlər
Cəmiyyət

Qaxda 108 ədəd qovaq ağacını kəsən şəxs məsuliyyətə cəlb ediləcək

20:51 - 21 / 07 / 2017
Qaxda 108 ədəd qovaq ağacını kəsən şəxs məsuliyyətə cəlb ediləcək

Qax rayonunun Əlibəyli kənd bələdiyyə mülkiyyətinə aid olan İbaxlı kəndi ərazisində ağacların kəsilməsi ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinə (ETSN) şikayət daxil olub.

Nazirliyin mətbuat xidmətindən 1news.az-a verilən məlumata görə, şikayət ETSN-in 9 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər şöbəsinin əməkdaşları tərəfindən yerində araşdırılıb.

Əraziyə keçirilən baxış zamanı yaş köküstə 108 ədəd qovaq ağacının kəsildiyi məlum olub.

Araşdırma zamanı ağacların Qax rayonunun İbaxlı kənd sakini Bəlyar Əhmədov tərəfindən  kəsildiyi və təbiətə 42790 manat məbləğində ziyan dəydiyi müəyyən edilib.

Faktla bağlı akt tərtib olunub, toplanmış materiallar məsələyə hüquqi qiymət verilməsi və təqsirkar şəxslərin məsuliyyətə cəlb edilməsi üçün Qax Rayon Prokurorluğuna göndərilib.

1news.az

Paylaş:
816

Son xəbərlər

Bütün xəbərlər