Polşanın xarici işlər naziri Azərbaycana gələcək | 1news.az | Xəbərlər
Siyasət

Polşanın xarici işlər naziri Azərbaycana gələcək

10:02 - 21 / 07 / 2017
Polşanın xarici işlər naziri Azərbaycana gələcək

Polşanın xarici işlər naziri Vitold Vaşikovski Azərbaycana gələcək.

1news.az-ın Report-a istinadla verdiyi xəbərə görə, səfər oktyabrda baş tutacaq.

Səfər zamanı XİN rəhbəri Azərbaycan rəsmiləri ilə ikitərəfli münasibətlərin inkişaf perspektivlərini, o cümlədən iqtisadi əməkdaşlığı, regional və beynəlxalq problemləri, həmçinin "Şərq Tərəfdaşlığı" proqramı çərçivəsində əməkdaşlığı müzakirə edəcək.

S.Xankişiyeva

Paylaş:
744

Son xəbərlər

Bütün xəbərlər