Əli Həsənov jurnalistlər üçün ikinci binada mənzil bölgüsü barədə iddialara cavab verib | 1news.az | Xəbərlər
Siyasət

Əli Həsənov jurnalistlər üçün ikinci binada mənzil bölgüsü barədə iddialara cavab verib

14:21 - 22 / 07 / 2017
Əli Həsənov jurnalistlər üçün ikinci binada mənzil bölgüsü barədə iddialara cavab verib

"Bu il 22 iyul Milli Mətbuat Günü ikiqat əlamətdardır".

1news.az APA-ya istinadən xəbər verir ki, bunu bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun 22 iyul Milli Mətbuat Günü münasibətilə keçirdiyi fərdi jurnalist yazıları müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimində Azərbaycan prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov bildirib.

Ə. Həsənov deyib ki, iyulun 20-də Azərbaycan Prezidenti İlham Əliyevlə jurnalistlərin görüşü keçirilib: "Dövlət başçısının proqram xarakterli çıxışı uzun müddət medianın stolüstü kitabına çevriləcək. Prezident həqiqəti yazmağı, Azərbaycanın milli maraqlarının daxildə və xaricdə qorunması ilə bağlı siyasətə dəstək verməyi, anti-Azərbaycan təbliğatına qarşı mübarizə aparmağı tövsiyə etdi. Bütün bunlar bütün jurnalistlərin ürəyincədir. Təəssüf ki, jurnalistlərin sırasında bu peşəyə xələl gətirənlər də var. Bəzi jurnalistlər Azərbaycan dövlətinə də xələl gətirir, ləkə olur, anti-Azərbaycan fəaliyyətinə dəstək verirlər".

Azərbaycan Prezidentinin köməkçisi jurnalistlər üçün tikilən ikinci binada 255 jurnalistin mənzil sahibi olduğunu xatırladıb:

"Dövlət başçısı həmin jurnalistlərlə görüşdən böyük təəssüratla qayıtmışdı. 255 mənzil bütün jurnalistlərin ehtiyacını ödəmir. Çox təəssüf edirəm ki, adını jurnalist qoyan bir qrup sosial şəbəkələrdə müvafiq Komissiyanın fəaliyyətinə, nəcib aksiyaya kölgə salmağa çalışırlar. 255 jurnalist arasında aktiv olanlar öz haqlarını müdafiə edir. İnanıram ki, onların arasında passiv olanlar da fəallıq göstərəcəklər. Həmin qrup arasında ev almaq üçün adlarındakı mənzili başqalarının adlarına keçirənlər, jurnalist stajlarını yalandan artıranlar, hətta 12-13 yaşlarından əmək fəaliyyəti ilə məşğul olduğu barədə əmək kitabçasına yalandan staj yazdıranlar da var.

Təəssüf ki, bir sıra veteran jurnalistlərə, bu gün fəaliyyət göstərən və ehtiyacı olan jurnalistlərə ev ayıra bilmədik. Onlar növbəti binada mənzillə təmin olunmaq üçün saxlanılıb. Çox təəssüf ki, həmin qrup katibələrə ev verildiyini deyirlər, siz də cavab vermirsiniz. Yaxud KİVDF-də Komissiyada çalışanlardan birinin ev alması haqqı yoxdur? Yaxud Milli Televiziya Şurasının bir üzvünə ev ayrılıb. O insanlar da mətbuatın problemi ilə məşğul olurlar. O cümlədən mətbuat xidmətlərində çalışanlardan cəmi 5 nəfərə ev ayrılıb. O insanlar da sizin kimi 500 manat maaş alır, onların da haqqı var".

Ə. Həsənov jurnalistlər üçün üçüncü binanın 2019-cu il iyulun 22-də istifadəyə verilməyə çalışacaqlarını söyləyib: "Dövlət başçısı 2020-ci ilə qədər üçüncü binanın tikintisinin başa çatdırılmasını tapşırdı. İnanıram ki, biz 2 ilə buna nail olacağıq. Bu mümkün olmasa da, 2020-ci ildə mütləq üçüncü bina istifadəyə veriləcək".

1news.az 

 

Paylaş:
896

Son xəbərlər

Şəkərli diabetin müayinə və stasionar müalicəsi icbari tibbi sığorta ilə qarşılanırBu gün, 11:36FHN dəm qazı təhlükəsi ilə əlaqədar əhaliyə müraciət edibBu gün, 11:32Azərbaycan Prezidenti Mavritaniyanın dövlət başçısına təbrik məktubu ünvanlayıbBu gün, 11:22Dövlət başçısı Timor-Leste Demokratik Respublikasının Prezidentini təbrik edibBu gün, 11:19Məktəbdənkənar təhsil müəssisələrinə elektron qəbul başlayıbBu gün, 11:11“Bərgüşadçay” yedək gəmisi istismara verilibBu gün, 11:08İlham Əliyev Albaniya Prezidentini təbrik edibBu gün, 11:07Suqovuşan-Sərsəng su anbarı-Qozlukörpü-Kəlbəcər avtomobil yolunun inşası davam edir - FOTO - VİDEOBu gün, 11:02COP29 zamanı İçərişəhər və Qala muzeyləri 12000-dən artıq ziyarətçi qəbul edibBu gün, 11:00Paşa Kapitalda “SİMA İmza” ilə məsafədən hesab açmaq imkanı yaradılıbBu gün, 10:41LG telefon bazarını tərk etdiBu gün, 10:34Psixoloq: Oyuncaqlar uşaqların xarakterini formalaşdırırBu gün, 10:20Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi endirilibBu gün, 10:11Bakıda yağıntılı hava şəraiti hökm sürür - FAKTİKİ HAVABu gün, 09:58Doktoranturada təhsil alanlar üçün xarici dillər üzrə fəlsəfə doktoru imtahanı keçiriləcəkBu gün, 09:50Adil Kərimlinin X Qlobal Forumda məruzəsi dinlənilibBu gün, 09:46BDU-nun Astrofizika kafedrası: “Noyabrın 28-29-da geomaqnit qasırğası gözlənilir”Bu gün, 09:30AMB 28 noyabra olan valyuta məzənnələrini açıqladıBu gün, 09:29Bakıda qarlı havalara hazırlıq işləri görülür, texnikalar hazır vəziyyətə gətirilibBu gün, 09:20Bakıda sıxlıq müşahidə edilən küçə və prospektlərBu gün, 09:13
Bütün xəbərlər