Dənizdə batan 2 nəfər xilas edilib | 1news.az | Xəbərlər
Cəmiyyət

Dənizdə batan 2 nəfər xilas edilib

17:08 - 23 / 07 / 2017
Dənizdə batan 2 nəfər xilas edilib

Dənizdə batan 2 nəfər xilas edilib.

1news.az Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir ki, FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinə Bakı şəhəri, Xəzər rayonunda 2 nəfərin dənizdə çimərkən batmaq təhlükəsi ilə üzləşməsi barədə məlumat daxil olub.

Dərhal Xidmətin xilasediciləri hadisə yerinə cəlb olunaraq vətəndaşları sudan çıxarmış və aidiyyəti üzrə təhvil veriblər.

Əməliyyat saat 15:05-də başa çatıb.

1news.az

Paylaş:
566

Son xəbərlər

Bütün xəbərlər