Elmar Məmmədyarov: Macarıstan Dağlıq Qarabağ münaqişəsinin həllində Azərbaycanın ədalətli mövqeyini yüksək qiymətləndirib - FOTO | 1news.az | Xəbərlər
Siyasət

Elmar Məmmədyarov: Macarıstan Dağlıq Qarabağ münaqişəsinin həllində Azərbaycanın ədalətli mövqeyini yüksək qiymətləndirib - FOTO

15:23 - 24 / 07 / 2017
Elmar Məmmədyarov: Macarıstan Dağlıq Qarabağ münaqişəsinin həllində Azərbaycanın ədalətli mövqeyini yüksək qiymətləndirib - FOTO

Xarici işlər naziri Elmar Məmmədyarov Macarıstana rəsmi səfəri çərçivəsində Macarıstan xarici işlər və ticarət naziri Peter Siyarto ilə təkbətək və nümayəndə heyətlərinin iştirakı ilə görüşüb.

1news.az-a XİN-in mətbuat xidmətindən verilən xəbərə görə, Elmar Məmmədyarov 2017-ci ilin ölkələrimiz arasında diplomatik münasibətlərin qurulmasının 25 illiyi ilə əlamətdar olduğunu deyərək, xalqlarımız arasında əlaqələrin dərin tarixi kökləri olduğunu bildirdi.

Elmar Məmmədyarov bu səfərin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin qarşıdan gələn aylarda Macarıstana səfəri, həmçinin Birgə İqtisadi Komissiyanın növbəti VII iclasının keçirilməsinə hazırlıq məqsədi daşıdığını qeyd etdi.

O, Azərbaycan və Macarıstan arasında strateji tərəfdaşlıq münasibətlərinin hərtərəfli əməkdaşlığın inkişafı üçün münbit zəmin yaratdığını bildirərək, iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsi üçün əlverişli imkanların mövcud olduğunu vurğuladı. Xüsusilə, nəqliyyat, kənd təsərrüfatı, sənaye, təhsil, mədəniyyət və əczaçılıq sahələrini qeyd etdi.

Azərbaycanın enerji sahəsində Avropanın etibarlı tərəfdaş olduğunu deyən nazir Elmar Məmmədyarov bu xüsusda TANAP və TAP layihələrinin plana uyğun həyata keçirildiyini bildirdi. Şimal-Cənub və Şərq-Qərb nəqliyyat dəhlizləri haqqında məlumat verən nazir Elmar Məmmədyarov Macarıstan şirkətlərinin də bu dəhlizlərin yaradacağı imkanlardan faydalana biləcəyini dedi.

Elmar Məmmədyarov Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi üzrə danışıqlar prosesinin hazırkı statusu barəsində həmkarını məlumatlandırdı və münaqişənin BMT TŞ-nın müvafiq qətnamələrində də əks olunduğu kimi, yalnız beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq, Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində həll edilməli olduğunu diqqətə çatdırdı. Həmçinin regional sülhə və təhlükəsizliyə ciddi təhdid olan bu münaqişənin həlli üçün Ermənistan qoşunlarının Azərbaycanın işğal edilmiş ərazilərindən çıxarılmalı olduğunu vurğuladı.

Elmar Məmmədyarov Macarıstanın Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllində hər zaman Azərbaycanın ədalətli mövqeyini və münaqişənin məhz Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı prinsipləri əsasında həllini dəstəkləməsinin yüksək qiymətləndirildiyini bildirdi.

Peter Siyatro Azərbaycan və Macarıstan arasında ikitərəfli münasibətlərin hazırkı səviyyəsindən məmnunluğunu ifadə edərək, bu əməkdaşlıq ruhunun beynəlxalq təşkilatlar çərçivəsində, xüsusilə qarşılıqlı səsvermə ənənəsi şəkilində davam etdirilməsinin vacibliyini qeyd etdi.

Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın vacib tərəfdaş olduğunu deyən Peter Siyatro Macarıstanın Azərbaycandan nəql edilən qazın idxal edilməsində maraqlı olduğunu bildirdi. O, həmçinin Azərbaycan və Avropa İttifaqı arasında Strateji tərəfdaşlıq haqında Sazişin Macarıstan Hökuməti tərəfindən tam dəstəkləndiyini diqqətə çatdırdı.

Macarıstan şirkətlərinin Azərbaycanda uğurla fəaliyyət göstərdiyini və Qərbi Avropadan olan tərəfdaşların Azərbaycan bazarı uğrunda rəqabət apardığını qeyd edən Peter Siyarto xüsusilə əczaçılıq sahəsinə toxundu. O, Macarıstan hökumətinin Azərbaycandan olan tələbələrin Macarıstanın ali təhsil müəssisələrində təhsil alması üçün 200 nəfərlik kvota ayırdığı barədə məlumat verdi.

Görüşdə ikitərəfli münasibətlərin digər aspektləri, hüquq-müqavilə bazasının genişləndirilməsi, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər barəsində geniş fikir mübadiləsi aparıldı.

Görüşdən sonra nazirlərin iştirakı ilə birgə mətbuat konfransı keçirildi.

S.Xankişiyeva

Paylaş:
532

Son xəbərlər

Rusiya Ukraynanın enerji infrastrukturuna hücumlar edibBu gün, 12:37Cümə gününün hava proqnozuBu gün, 12:22Azərbaycanda iş və istirahət günlərinin yerləri dəyişdirilibBu gün, 12:11Əmtəə bazarlarında qızıl və gümüşün qiyməti azalıbBu gün, 12:05Azad edilmiş rayonlarda nə qədər iş yeri yaradılıb? - Statistika açıqlandıBu gün, 11:58Şəkərli diabetin müayinə və stasionar müalicəsi icbari tibbi sığorta ilə qarşılanırBu gün, 11:36FHN dəm qazı təhlükəsi ilə əlaqədar əhaliyə müraciət edibBu gün, 11:32Azərbaycan Prezidenti Mavritaniyanın dövlət başçısına təbrik məktubu ünvanlayıbBu gün, 11:22Dövlət başçısı Timor-Leste Demokratik Respublikasının Prezidentini təbrik edibBu gün, 11:19Məktəbdənkənar təhsil müəssisələrinə elektron qəbul başlayıbBu gün, 11:11“Bərgüşadçay” yedək gəmisi istismara verilibBu gün, 11:08İlham Əliyev Albaniya Prezidentini təbrik edibBu gün, 11:07Suqovuşan-Sərsəng su anbarı-Qozlukörpü-Kəlbəcər avtomobil yolunun inşası davam edir - FOTO - VİDEOBu gün, 11:02COP29 zamanı İçərişəhər və Qala muzeyləri 12000-dən artıq ziyarətçi qəbul edibBu gün, 11:00Paşa Kapitalda “SİMA İmza” ilə məsafədən hesab açmaq imkanı yaradılıbBu gün, 10:41LG telefon bazarını tərk etdiBu gün, 10:34Psixoloq: Oyuncaqlar uşaqların xarakterini formalaşdırırBu gün, 10:20Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi endirilibBu gün, 10:11Bakıda yağıntılı hava şəraiti hökm sürür - FAKTİKİ HAVABu gün, 09:58Doktoranturada təhsil alanlar üçün xarici dillər üzrə fəlsəfə doktoru imtahanı keçiriləcəkBu gün, 09:50
Bütün xəbərlər