Mətbuat Şurası İlham Əliyevə təşəkkür məktubu ünvanlayıb | 1news.az | Xəbərlər
Siyasət

Mətbuat Şurası İlham Əliyevə təşəkkür məktubu ünvanlayıb

15:55 - 24 / 07 / 2017
Mətbuat Şurası İlham Əliyevə təşəkkür məktubu ünvanlayıb

Mətbuat Şurası Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkür məktubu ünvanlayıb.

1news.az-a Mətbuat Şurasından verilən xəbərə görə, məktubda bildirilir ki, dövlət başçısının jurnalistlərlə hər görüşü nəinki ölkəmizin media ictimaiyyəti, bütövlükdə cəmiyyətimiz üçün mühüm əhəmiyyət daşıyan hadisədir. 2017-ci ilin 20 iyul tarixindəki görüş də bu baxımdan xüsusi vurğulanmalıdır:

“Həmin toplantıda “Azərbaycan mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsi tədbirləri haqqında” 22 iyul 2013-cü il tarixli Sərəncamınız əsasında inşa edilmiş hündürmərtəbəli yaşayış binasının açılışını etdiniz. 255 jurnalistə və onların ailə üzvlərinə sözlə ifadə edilməyəcək hədsiz sevinc və inanılmaz qürur hissini yaşatdınız. Sıralarında tanınmış mətbuat orqanlarını, jurnalist təşkilarlarını, elektron informasiya resurslarını birləşdirən Azərbaycan Mətbuat Şurası buna görə Sizə bütövlükdə ölkəmizin media ictimaiyyəti adından dərin minnətdarlığını bildirir”.

Təşəkkür məktubunda həmçinin bildirilir ki, Prezidentin jurnalistlər üçün inşa edilmiş binanın açılış mərasimindəki proqram xarakterli çıxışı Azərbaycan dövlətinin media siyasətinə bəslənilən inam və əminliyi bir daha artırır: “Media təmsilçilərimiz Sizi ölkədə mövcud söz və ifadə azadlığının təminatçısı qismində görürlər. Kütləvi informasiya vasitələrimizin vətəndaş cəmiyyəti, demokratik hüquqi dövlət quruculuğundakı missiyasının ətraflı təhlilini verməyiniz, apardığınız müqayisə və paralellər qətiyyətlə onu deməyə əsas verir ki, təməlini ümummilli liderimiz Heydər Əliyevin qoyduğu, Sizin yüksək səriştə və bacarıqla davam etdirdiyiniz media siyasəti qələm sahiblərimizi yeni uğur və müvəffəqiyyətlərə daşıyacaqdır. Uğurlarımız isə bu gün də var. Hazırda Azərbaycan mediası Qafqaz regionunda maddi-texniki təminat, yaradıcılıq dəsti-xətti, operativlik, dəqiqlik, qərəzsizlik və digər keyfiyyətlər baxımından lider mövqeyə malik olmaqla dünyanın regionla bağlı mühüm informasiya mənbəyidir”.

Məktubda ölkə Prezidentinin “Jurnalistlərin dostu” mükafatının qalibi elan edilməsi barədə də söz açılıb. Bildirilib ki, dövlət başçısının üçüncü dəfə “Jurnalistlərin dostu” mükafatının qalibi adını qazanmasını şərtləndirən ən mühüm cəhət onun ümumən 2003-cü ildən indiyədək həyata keçirdiyi fəaliyyətə bəslənilən dərin rəğbətdir.

Azərbaycan müstəqil dövlət olaraq dünyada özünə layiqli yer tutub, beynəlxalq aləmdə onunla hesablaşırlar, irəli sürdüyü prinsiplər dünya düzəninin formalaşmasına təsir göstərir, ölkəmizin iqtisadi və hərbi qüdrətinin artım dinamikası heyrətamiz rəqəmlərlə ölçülür, insanlarımız rifah şəraitində, təhlükəsizlik mühitində yaşayırlar. “Buna görə də siz təkcə medianın deyil, bütövlükdə Azərbaycan xalqının dostusunuz. Həyata keçirdiyiniz nəhəng tədbirlər hər bir azərbaycanlının baxışlarındakı tarixi şəxsiyyət obrazınızı jurnalist yaradıcılığının aktual mövzusuna çevirir” kimi fikirlərin diqqətə yer aldığı məktubda Prezidentlə dostluğun jurnalistlər üçün şərəf və məsuliyyət olduğu da ifadə edilib.

S.Xankişiyeva

Paylaş:
482

Son xəbərlər

MN: Yeni müharibəyə görə məsuliyyəti Ermənistan rəhbərliyi və Makron diktaturası daşıyacaqBu gün, 18:19Bakıya külli miqdarda narkotik vasitə gətirmək istəyən şəxs saxlanılıbBu gün, 17:58COP29-un Yaşıl Zona üzrə tərəfdaşlıq və sərgiləmə müraciətlərinin qəbuluna başlanılırBu gün, 16:57Kəlbəcərdə yabanı halda bitən 1 ton 352 kq çətənə bitkisi məhv edilibBu gün, 16:09Milli Qəhrəman Mübariz İbrahimovun xatirəsi yad edilibBu gün, 15:28Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq edilib - XƏBƏRDARLIQBu gün, 14:57DİN: Bakıda naməlum şəxslərin müxtəlif ünvanlarda sorğu keçirməsi görüntüləri araşdırılıbBu gün, 14:28Heydər Əliyev prospektində yanğına görə tətbiq edilən məhdudiyyət aradan qaldırılıb - YENİLƏNİBBu gün, 14:04MMF2024-ün ikinci gününün spikerləri bəlli oldu!Bu gün, 14:00Ukraynadan daha 30 uşaq reabilitasiya xidmətləri üçün Azərbaycana gətirilibBu gün, 13:4340 dərəcə isti olacaq - Sabahın havasıBu gün, 13:10Ötən ay Azərbaycanda restoranlara xərclənən məbləğ açıqlanıbBu gün, 12:48Çaylardan sel keçəcək, dolu düşəcək - XƏBƏRDARLIQBu gün, 12:45Azərbaycanda taksi fəaliyyəti üçün icazə alan sürücülərin sayı açıqlanıbBu gün, 12:28İsmayıllıda 17 yaşlı oğlan itkin düşübBu gün, 12:09Son 5 ayda pensiya ödənişlərinə yönəldilən vəsaitin məbləği açıqlanıbBu gün, 11:19FHN-dən taxıl biçini mövsümü ilə əlaqədar yanğın təhlükəsizliyinə dair əhaliyə MÜRACİƏT - VİDEOBu gün, 10:52Azərbaycan neftinin qiyməti bahalaşıbBu gün, 10:34Ölkə ərazisində 39 dərəcəyədək isti olub - Faktiki havaBu gün, 10:14Qusarda qəbirləri dağıtmaqda şübhəli bilinən şəxs həbs olunubBu gün, 09:43
Bütün xəbərlər