Bakıda 45 yaşlı kişi uşağı zorlamaq istədi - Video | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda 45 yaşlı kişi uşağı zorlamaq istədi - Video

16:16 - 24 / 07 / 2017
Bakıda 45 yaşlı kişi uşağı zorlamaq istədi - Video

Bakıda 45 yaşlı kişinin 8 yaşlı oğlanı zorlaması iddia olunub.

1news.az  Femida.az-a istinadən xəbər verir ki, hadisə iyulun 21-də 20:00 radələrində Xətai rayonu Mehmandarov küçəsində baş verib.

Hadisənin birbaşa şahidi olan mərhum Xalq şairi Zöhrab Tahirin oğlu, Dövlət Gömrük Komitəsinin kapitanı Tahir Tahirli təfərrüatı danışıb. O qeyd edib ki, hadisə günü avtomobilini təmir etdirmək üçün həmin əraziyə yollanıb. Bu zaman usta ona arxa tərəfdən səs gəldiyini deyib:

“Arxa tərəfə keçəndə baxdım ki, bir kişi şalvarını aşağı çəkib.Həmin vaxt telefonun kamerasını işə saldım ki, sübutum olsun. Həmin adam məni görən kimi qaçmağa başladı. Gördüm ki, balaca bir uşaq da ayağa durdu. Məni görən kimi ağlamağa başladı.Qaçan adamı təqib etməyə başladım. Xeyli qaçandan sonra aradan çıxdı. Uşaq da ağlaya-ağlaya arxamca qaçırdı. Adamı tuta bilmədim.” 

Tahir Tahirli uşağın oraya necə gəldiyi barədə də açıqlama verib. Onun sözlərinə görə, uşağın anası Bakıda yerləşən restoranların birində qabyuyan işləyirmiş. 

1news.az

Paylaş:
1690

Son xəbərlər

Bütün xəbərlər