Bəxtiyar Əliyev: Azərbaycan və Rusiya münasibətləri yüksələn xətlə inkişaf edir | 1news.az | Xəbərlər
Cəmiyyət

Bəxtiyar Əliyev: Azərbaycan və Rusiya münasibətləri yüksələn xətlə inkişaf edir

17:35 - 24 / 07 / 2017
Bəxtiyar Əliyev: Azərbaycan və Rusiya münasibətləri yüksələn xətlə inkişaf edir

Rusiya ilə Azərbaycan arasında dövlət başçıları səviyyəsində mütəmadi görüşlər keçirilir. Rusiya Federasiyasının Prezidenti Vladimir Putin ilə Azərbaycan Prezidenti İlham Əliyev arasında iyulun 21-də Soçidə keçirilən görüş bunu bir daha sübut edir ki, iki dövlət arasında münasibətlər ən yüksək səviyyədə qurulub.

1news.az-ın AZƏRTAC-a istinadla verdiyi xəbərə görə, bunu Milli Məclisinin deputatı Bəxtiyar Əliyev deyib.

“Bu yaxınlarda Prezident İlham Əliyev Rusiya mətbuatına müsahibə verərkən xüsusi vurğuladı ki, Rusiya Azərbaycanın strateji tərəfdaşı olaraq onu beynəlxalq səviyyədə dəstəkləyir. Azərbaycan da eyni mövqedən çıxış edir və bu, Rusiya tərəfindən yüksək qiymətləndirilir. Halbuki Rusiya ilə müttəfiq olan digər dövlətlər RF ilə bağlı məsələlərdə biganəlik göstərir, yaxud qeyri-müəyyən mövqe nümayiş etdiriblər”,- deyə Bəxtiyar Əliyev vurğulayıb.

Milli Məclisin deputatı qeyd edib ki, Prezident İlham Əliyevin həyata keçirdiyi xarici siyasət öz uğurlu nəticələrini verir və ən düzgün siyasət olduğunu təsdiqləyir. Bu balanslaşdırılmış siyasət bəzən əks mövqelərində bir məxrəcə gətirilməsinə və ümumi layihələrin həyata keçirilməsinə yol açır. Buna sübut olaraq, İran-Azərbaycan-Rusiya, Türkiyə-Azərbaycan-Rusiya münasibətlərində, eyni zamanda, bu dörd dövlətin və qonşu dövlətlərin birgə layihələrdə iştirakı ilə bağlı Azərbaycan Respublikası Prezidentinin irəli sürdüyü təşəbbüslərin dəstəklənməsini misal göstərmək olar.

İki prezident arasındakı şəxsi dostluq münasibətlərinin əhəmiyyətinə toxunan deputat deyib:

“Prezidentlərin Soçi görüşü bir daha təsdiqlədi ki, Azərbaycan-Rusiya əlaqələri yüksələn xətlə inkişaf edir, heç bir xarici qüvvə bu münasibətlərin pozulmasına mane ola bilməz. Bu münasibətlər də öz növbəsində həm regionda sülh və sabitliyin, həm də iqtisadi inkişafın çiçəklənməsinə kömək edəcək. Ümidvaram ki, Dağlıq Qarabağ probleminin nizamlanmasında Rusiya öz qəti sözünü deyəcək və münaqişə Azərbaycanın ərazi bütövlüyü, suverenliyi çərçivəsində həllini tapacaq”.

S.Xankişiyeva

Paylaş:
538

Son xəbərlər

Prezident quru sərhədlərin bağlı olmasından danışdı: Bizi böyük fəlakətlərdən xilas etdiBu gün, 13:15Sabah yağış yağacağı gözlənilir - ProqnozBu gün, 13:03VII çağırış Milli Məclis sədrinin müavinləri seçilib, say artırılıb - ADLARBu gün, 12:50“Qələbəmizi həzm edə bilməyən xarici dairələr bizə qarşı yeni planlar hazırlayır”Bu gün, 12:36“Dirçəliş Kuboku” xeyriyyə minifutbol turnirinin rəsmi açılış mərasimi keçirilibBu gün, 12:35Dövlət başçısı ölkə qarşısında duran bəzi vəzifələri açıqladıBu gün, 12:33İlham Əliyev: Suverenliyimizin tam bərpa edilməsi ölkə qarşısında yeni üfüqlər açırBu gün, 12:31Sahibə Qafarova yenidən parlamentin sədri olduBu gün, 12:23Prezident yeddinci çağırış Milli Məclisin ilk iclasında çıxış edib - FOTO - YENİLƏNİBBu gün, 12:14Dəniz kənarının yeni incisi: PAŞA Real Estate yeni “Crescent Residences” layihəsini təqdim edibBu gün, 12:06“Biznesin müflisləşməsi” İşçi qrupunun sahibkarlıq subyektləri ilə görüşü keçirilibBu gün, 12:02Yaşa görə pensiya alanların sayı açıqlanıbBu gün, 11:23Dövlət Başçısı Səudiyyə Ərəbistanının Kralına təbrik məktubu ünvanlayıbBu gün, 11:18Müəllimlərin iş yerinin qarşılıqlı dəyişdirilməsi başlayıbBu gün, 10:56“mygov”da bütün sənədləri “SİMA İmza” ilə əldə etmək mümkündür!Bu gün, 10:47Əmtəə bazarlarında qızılın qiyməti 2 650 dolları ötübBu gün, 10:41Qarabağ Universitetində ilk dərs günü - FOTOBu gün, 10:38Paytaxtın Xaqani küçəsində üfüqi yol nişanlanması işləri görülübBu gün, 10:25Kolleclərin boş qalan plan yerlərinə ixtisas seçimi başa çatırBu gün, 10:17“McDonald's Azərbaycan” internat məktəbinin şagirdləri ilə birlikdə sahilboyu ərazidə təmizlik aksiyası keçirib - FOTOBu gün, 10:11
Bütün xəbərlər