Füzulidə piyada əleyhinə mina aşkarlanıb - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Füzulidə piyada əleyhinə mina aşkarlanıb - FOTO

21:17 - 24 / 07 / 2017
Füzulidə piyada əleyhinə mina aşkarlanıb - FOTO

Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) mütəxəssisləri Daxili İşlər Nazirliyinin “102” Xidməti-Zəng mərkəzi sisteminin məlumatına əsasən, Füzuli rayonunun Aşağı Kürdmahmudlu kəndində su nasos stansiyasının yaxınlığına baxış keçiriblər. Baxış zamanı bir piyada əleyhinə mina (OZM-72) aşkar edilərək götürülüb. Nəticədə 500 kvadratmetr ərazi yoxlanılıb.

ANAMA-dan 1news.az-a verilən məlumata görə, agentlik tərəfindən yanvarın 1–dən iyulun 24-dək 5790 partlamamış hərbi sursat, tank əleyhinə 194 mina və piyada əleyhinə 31 mina aşkarlanaraq zərərsizləşdirilib. Cəmi 4 milyon 694 min 692 kvadratmetr ərazi yoxlanılıb.

1news.az

Paylaş:
547

Son xəbərlər

Bütün xəbərlər