Dünya Azərbaycanlıları Assambleyası beynəlxalq əməkdaşlığını genişləndirir | 1news.az | Xəbərlər
Siyasət

Dünya Azərbaycanlıları Assambleyası beynəlxalq əməkdaşlığını genişləndirir

14:28 - 25 / 07 / 2017
Dünya Azərbaycanlıları Assambleyası beynəlxalq əməkdaşlığını genişləndirir

Dünya Azərbaycanlıları Assambleyası (DAA) Avropa İttifaqının Miqrasiya və Daxili İşlər Katibliyi tərəfindən Avropa İttifaqının (Aİ) qeyri-AB vətəndaşlarının hüquqi miqrasiyası ilə bağlı qanunvericiliyi ilə bağlı müzakirələrində iştiraka dəvət olunub.

1news.az-a DAA-dan verilən xəbərə görə, müzakirələr 18 sentyabr tarixinə qədər davam edəcək. 

Müzakirə mövzularını Aİ-da işçilər, tələbələr, iş adamları, şirkət təmsilçilərinin , qht nümayəndələrinin gələcəkdə oturum hüququ əldə etmə hüquqlarını əhatə edir, gələcəkdə bu vəya digər kateqoriyalardan olanlara oturumların verilmə prosedurlarına əlavə və dəyişikliklərin edilməsi nəzərdə tutulur. Müzakirələr əsasən 3 aydan çox müxtəlif səbəblərdən Avropada qanuni yaşamaq istəyənlərin eləcə də ailə birləşimi (evlilik, ailə səbəbi ilə) üçün müraciət edənlərə qanunvericilik bazasının təkmilləşdirilməsinə yönələcək.

Qanuni miqrasiya qanununverciliyinin əsas amalı miqrasiya axının effektiv idarə olunması, eyni zamanda Avro İttifaqa üzv olmayan ölkələrin vətəndaşlarının bu əarazidə qanuni yaşayanlara ədalətli münasibətin göstərilməsi üçün hazırlanmışdır.

Qeyd edək ki, əlavə və dəyişikliklər əsasən Avropada işçi ehtiyacının təmin olunması, İttifaq üzvü olmayan vətəndaşların əmək istismarının qarşısının alınmasını da nəzərdə tutur.

Yaxın günlərdə Assambleyanın insan haqları, lahiyələr və beynəlxalq əməkdaşlıq  komitəsi Avropa Miqrasiya və Daxili İşlər katibliyinə öz təkliflərini hazırlayıb göndərəcəkdir.

S.Xankişiyeva

Paylaş:
970

Son xəbərlər

Bütün xəbərlər