Ermənistan növbəti dəfə cəbhədə təxribat törədib: yaralılar var | 1news.az | Xəbərlər
Siyasət

Ermənistan növbəti dəfə cəbhədə təxribat törədib: yaralılar var

15:26 - 25 / 07 / 2017
Ermənistan növbəti dəfə cəbhədə təxribat törədib: yaralılar var

Tərtər rayonu ərazisində yerləşən qoşunların qarşıdurma xəttində Ermənistan silahlı qüvvələri növbəti dəfə döyüş  pilotsuz uçuş aparatından istifadə ediblər.

1news.az-ın Müdafiə Nazirliyinə istinadən verdiyi xəbərə görə, düşmənin kustar üsulla hazırladığı yandırıcı-partlayıcı vasitə və metal  elementlərlə doldurulmuş qurğunun bölmələrimizin mövqelərinə atılması nəticəsində hərbi qulluqçumuz əsgər Babakişiyev Muraz Kamal oğlu yüngül bədən xəsarətləri alıb.

“Hazırda hospitala yerləşdirilən əsgər M.Babakişiyevin həyatı üçün heç bir təhlükə yoxdur.
Təxribatın qarşısının alınması məqsədilə tədbirlər görülür”- deyə, Müdafiə Nazirliyindən bildiriblər.

Babək Cahandarov

Paylaş:
894

Son xəbərlər

Bütün xəbərlər