Polis oğurluq edən 4 yeniyetməni saxlayıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Polis oğurluq edən 4 yeniyetməni saxlayıb

16:08 - 25 / 07 / 2017
Polis oğurluq edən 4 yeniyetməni saxlayıb

Polis əməkdaşları oğurluq edən yeniyetmələri saxlayıblar.

1news.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyindən məlumat veriblər.

Məlumata görə, Nəsimi RPİ 20-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyulun 18-dən 20-dək olan müddətdə rayon ərazisindəki 2 qarajdan 350 manat, akkumulyator və avtomobil üçün ehtiyat hissələri oğurlamaqda şübhəli bilinən 4 yeniyetmə tutulub.

Babək Cahandarov

Paylaş:
700

Son xəbərlər

Bütün xəbərlər