Xaçmazda ev və əczaxana yanıb

Xaçmaz rayonunda evlərdən birində və əczaxanada güclü yanğın olub.
1news.az-ın Fövqəladə Hallar Nazirliyinə istinadən verdiyi xəbərə görə, Xaçmaz şəhərində vətəndaşa məxsus ümumi sahəsi 208 m2 olan ikimərtəbəli 6 otaqlı evin dam örtüyünün yanar konstruksiyaları 15 m2 sahədə və evə bitişik ümumi sahəsi 50 m2 olan talvarın yanar konstruksiyaları yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.
Bundan başqa Xaçmaz şəhərində vətəndaşa məxsus ümumi sahəsi 36 m2 olan əczəxananın lambirdən ibarət tavanı yanıb. Əczəxananın qalan hissəsi yanğından mühafizə olunub.
Babək Cahandarov
935