Hökumət qərar verdi: qeydiyyat qaydaları dəyişdi | 1news.az | Xəbərlər
Cəmiyyət

Hökumət qərar verdi: qeydiyyat qaydaları dəyişdi

10:15 - 25 / 07 / 2017
Hökumət qərar verdi: qeydiyyat qaydaları dəyişdi

Nazirlər Kabineti “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nda dəyişiklik edib.

1news.az-ın APA-ya istinadla verdiyi xəbərə görə, dəyişiklik valideynlərindən biri, yaxud hər ikisi əcnəbi və ya vətəndaşlığı olmayan şəxs olan uşaqların doğumunun qeydiyyata alınması ilə bağlıdır.

Qüvvədə olan Qaydaya əsasən, indiyə qədər doğumun qeydiyyata alınması üçün valideynlərindən biri, yaxud hər ikisi əcnəbi və ya vətəndaşlığı olmayan şəxs olduqda onların Azərbaycan Respublikasında yaşayış yeri üzrə qeydiyyatda olması barədə sənəd tələb edilib. Bununla bərabər, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin uşaqlarının doğumunun dövlət qeydiyyatı üçün bütün hallarda hər iki valideynin şəxsiyyətini təsdiq edən sənədlərin təqdim olunması tələb olunub.

Dəyişikliyə əsasən bundan sonra əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin uşaqlarının doğumunun dövlət qeydiyyatı üçün bütün hallarda hər iki valideynin şəxsiyyətini təsdiq edən sənədlərin təqdim olunması yetərli olacaq. Doğumun qeydiyyata alınması üçün valideynlərindən biri, yaxud hər ikisi əcnəbi və ya vətəndaşlığı olmayan şəxs olduqda onların Azərbaycanda yaşayış yeri üzrə qeydiyyatda olması barədə sənəd isə tələb edilməyəcək.

S.Xankişiyeva

Paylaş:
617

Son xəbərlər

Prezident quru sərhədlərin bağlı olmasından danışdı: Bizi böyük fəlakətlərdən xilas etdiBu gün, 13:15Sabah yağış yağacağı gözlənilir - ProqnozBu gün, 13:03VII çağırış Milli Məclis sədrinin müavinləri seçilib, say artırılıb - ADLARBu gün, 12:50“Qələbəmizi həzm edə bilməyən xarici dairələr bizə qarşı yeni planlar hazırlayır”Bu gün, 12:36“Dirçəliş Kuboku” xeyriyyə minifutbol turnirinin rəsmi açılış mərasimi keçirilibBu gün, 12:35Dövlət başçısı ölkə qarşısında duran bəzi vəzifələri açıqladıBu gün, 12:33İlham Əliyev: Suverenliyimizin tam bərpa edilməsi ölkə qarşısında yeni üfüqlər açırBu gün, 12:31Sahibə Qafarova yenidən parlamentin sədri olduBu gün, 12:23Prezident yeddinci çağırış Milli Məclisin ilk iclasında çıxış edib - FOTO - YENİLƏNİBBu gün, 12:14Dəniz kənarının yeni incisi: PAŞA Real Estate yeni “Crescent Residences” layihəsini təqdim edibBu gün, 12:06“Biznesin müflisləşməsi” İşçi qrupunun sahibkarlıq subyektləri ilə görüşü keçirilibBu gün, 12:02Yaşa görə pensiya alanların sayı açıqlanıbBu gün, 11:23Dövlət Başçısı Səudiyyə Ərəbistanının Kralına təbrik məktubu ünvanlayıbBu gün, 11:18Müəllimlərin iş yerinin qarşılıqlı dəyişdirilməsi başlayıbBu gün, 10:56“mygov”da bütün sənədləri “SİMA İmza” ilə əldə etmək mümkündür!Bu gün, 10:47Əmtəə bazarlarında qızılın qiyməti 2 650 dolları ötübBu gün, 10:41Qarabağ Universitetində ilk dərs günü - FOTOBu gün, 10:38Paytaxtın Xaqani küçəsində üfüqi yol nişanlanması işləri görülübBu gün, 10:25Kolleclərin boş qalan plan yerlərinə ixtisas seçimi başa çatırBu gün, 10:17“McDonald's Azərbaycan” internat məktəbinin şagirdləri ilə birlikdə sahilboyu ərazidə təmizlik aksiyası keçirib - FOTOBu gün, 10:11
Bütün xəbərlər