Sankt-Peterburq televiziya kanalında “Azərbaycana aparan yol” silsiləsindən növbəti veriliş yayımlanıb | 1news.az | Xəbərlər
Siyasət

Sankt-Peterburq televiziya kanalında “Azərbaycana aparan yol” silsiləsindən növbəti veriliş yayımlanıb

11:45 - 26 / 07 / 2017
Sankt-Peterburq televiziya kanalında “Azərbaycana aparan yol”  silsiləsindən növbəti veriliş yayımlanıb

Azərbaycanın Sankt-Peterburqdakı baş konsulluğunun dəstəyi ilə Rusiyanın şimal paytaxtının mərkəzi televiziya kanalında “Azərbaycana aparan yol” silsiləsindən növbəti veriliş yayımlanıb. Azərbaycanın multikultural ənənələrindən bəhs edilən veriliş “Azərbaycanda multikulturalizm həyat tərzidir” adlanır.

1news.az-ın AZƏRTAC-a istinadla verdiyi xəbərə görə, verilişdə qeyd olunub ki, Azərbaycanda milli həmrəyliyin qurulmasına nail olunub, ölkə dünyada tolerantlıq diyarı kimi tanınır. Müxtəlif sivilizasiyaların və mədəniyyətlərin qovuşduğu, Şərq və Qərbin kəsişməsində yerləşən Azərbaycan dünyanın ən tolerant və multikultural ölkələrindən biridir.

Rusiyali tamaşaçılara məlumat verilir ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin rəhbərliyi altında ölkədə multikultural ənənələrin qorunması və inkişaf etdirilməsi sahəsində həyata keçirilən siyasət yeni mərhələdə Ulu Öndərin layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən uğurla inkişaf etdirilir.

Məlumat verilir ki, Azərbaycan multikulturalizmin beşiyidir və tarix boyu beynəlmiləl dövlət kimi tanınıb, burada azsaylı xalqlara, onların milli-mənəvi dəyərlərinə, adət-ənənələrinə hörmətlə yanaşılır.

Veriliş boyu vurğulanır ki, Azərbaycan dünyada tolerantlığı və mədəni müxtəlifliyi təbliğ edən bir sıra beynəlxalq tədbirlərə, o cümlədən Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna, Bakı Beynəlxalq Humanitar Forumuna, BMT-nin Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumuna ev sahibliyi edib. Həmçinin Azərbaycanda birinci Avropa Oyunları, “Formula-1”Avropa Qran-prisi, IV İslam Həmrəyliyi Oyunları kimi mötəbər idman yarışlar uğurla təşkil edilib.

Verilişdə qeyd edilir ki, 60-dan çox millətin nümayəndəsinin yaşadığı çoxkonfessiyalı Azərbaycanda 2004-cü ildən Beynəlxalq Multikulturalizm Mərkəzi fəaliyyət göstərir. Azərbaycanda 6 pravoslav kilsəsi fəaliyyət göstərir ki, onlardan üçü paytaxt Bakıda yerləşir.

Daha sonra verilişdə İsmayilli rayonunun İvanovka kəndindən bəhs olunur. Məlumat verilir ki, kəndin əsası çar hakimiyyəti dövründə Qafqaza köçürülmüş ruslar tərəfindən qoyulub. İvanovkada hazırda ruslarla yanaşı, ləzgilər və azərbaycanlılar da yaşayır. Burada insanlar ailə dəyərlərinə çox önəm verirlər. Onlar ata-babalarının əsrlər əvvəl qoyduğu milli ənənələri qoruyub saxlamağı özlərinə borc bilirlər.

Quba rayonunun Qırmızı Slobada qəsəbəsindən də söhbət açılan verilişdə vurğulanır ki, kənddə İkinci Dünya müharibəsindən sonra yəhudi əsilli əhalinin sayı daha da artıb və hazırda əhalinin 99 faizi yəhudidir. Bundan başqa, burada azərbaycanlılar və ləzgilər də yaşayırlar. Qəsəbədə üç sinaqoq və bir rusdilli orta məktəb fəaliyyət göstərir. Azərbaycan müstəqillik əldə etdikdən sonra burada yaşayan yəhudilərə dövlət qayğısı daha artıb.

Müəllif M.F.Axundov adına Rus Dili və Ədəbiyyatı İnstitutunun bazasında yaradılan Bakı Slavyan Universitetini Azərbaycanın qoynunda yerləşən ümumdünya multikulturalizm məbədi kimi təqdim edir. Vurğulanır ki, bu ali təhsil ocağı tolerantlığı və multikultural dəyərləri dünyaya layiqincə təqdim edir, burada multikulturalizm kafedrası fəaliyyət göstərir.

Verilişdə, həmçinin ölkəmizdə multikulturalizmin daha bir məkani sayılan Azərbaycan Dövlət Rus Dram Teatrından da söhbət açılır. Qeyd edilir ki, “Azərbaycan multikulturalizmi” ifadəsinin arxasında çox böyük tarixlə yanaşı, yüksək mədəniyyət dayanır. Azərbaycan multikulturalizminin dünya modelləri arasında xüsusi yeri var və ölkəmizdə multikulturalizmin siyasi, mədəni, ədəbi qaynaqları çox zəngindi.

Müəllif Prezident İlham Əliyevin 2016-cı ili ölkəmizdə “Multikulturalizm İli”, 2017-ci ili isə “İslam Həmrəyliyi İli” elan etməsi multikulturalizmin və tolerantlığın Azərbaycanın dövlət siyasətində aparıcı xətt olmasının sübutu kimi təqdim edilir.

S.Xankişiyeva

Paylaş:
803

Son xəbərlər

Rusiya Ukraynanın enerji infrastrukturuna hücumlar edibBu gün, 12:37Cümə gününün hava proqnozuBu gün, 12:22Azərbaycanda iş və istirahət günlərinin yerləri dəyişdirilibBu gün, 12:11Əmtəə bazarlarında qızıl və gümüşün qiyməti azalıbBu gün, 12:05Azad edilmiş rayonlarda nə qədər iş yeri yaradılıb? - Statistika açıqlandıBu gün, 11:58Şəkərli diabetin müayinə və stasionar müalicəsi icbari tibbi sığorta ilə qarşılanırBu gün, 11:36FHN dəm qazı təhlükəsi ilə əlaqədar əhaliyə müraciət edibBu gün, 11:32Azərbaycan Prezidenti Mavritaniyanın dövlət başçısına təbrik məktubu ünvanlayıbBu gün, 11:22Dövlət başçısı Timor-Leste Demokratik Respublikasının Prezidentini təbrik edibBu gün, 11:19Məktəbdənkənar təhsil müəssisələrinə elektron qəbul başlayıbBu gün, 11:11“Bərgüşadçay” yedək gəmisi istismara verilibBu gün, 11:08İlham Əliyev Albaniya Prezidentini təbrik edibBu gün, 11:07Suqovuşan-Sərsəng su anbarı-Qozlukörpü-Kəlbəcər avtomobil yolunun inşası davam edir - FOTO - VİDEOBu gün, 11:02COP29 zamanı İçərişəhər və Qala muzeyləri 12000-dən artıq ziyarətçi qəbul edibBu gün, 11:00Paşa Kapitalda “SİMA İmza” ilə məsafədən hesab açmaq imkanı yaradılıbBu gün, 10:41LG telefon bazarını tərk etdiBu gün, 10:34Psixoloq: Oyuncaqlar uşaqların xarakterini formalaşdırırBu gün, 10:20Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi endirilibBu gün, 10:11Bakıda yağıntılı hava şəraiti hökm sürür - FAKTİKİ HAVABu gün, 09:58Doktoranturada təhsil alanlar üçün xarici dillər üzrə fəlsəfə doktoru imtahanı keçiriləcəkBu gün, 09:50
Bütün xəbərlər