Salyan sakini “Mercedes”i aşırıb: ölən və yaralanan var | 1news.az | Xəbərlər
Cəmiyyət

Salyan sakini “Mercedes”i aşırıb: ölən və yaralanan var

13:36 - 27 / 07 / 2017
Salyan sakini “Mercedes”i aşırıb: ölən və yaralanan var

Salyan rayonunda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

1news.az-ın Daxili İşlər Nazirliyinə istinadən verdiyi xəbərə görə, hadisə dünən saat 10 radələrində Salyan rayonunun Dayıkənd kəndinin ərazisində qeydə alınıb.

Belə ki, Elvin Xanəhmədov idarə etdiyi “Mercedes” markalı avtomobili aşırıb. Nəticədə sürücü hadisə yerində ölüb, sərnişininə xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra buraxılıb. 

Faktla bağlı Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırm aparılır.

Babək Cahandarov

Paylaş:
731

Son xəbərlər

Sabahın hava proqnozu

15 / 05 / 2025, 13:49

Ölkədə doğum sayı azalıb

15 / 05 / 2025, 13:47
Bütün xəbərlər