Azərbaycan hərbçiləri “Səhra mətbəxi” müsabiqəsində iştirak edəcəklər – FOTO | 1news.az | Xəbərlər
Siyasət

Azərbaycan hərbçiləri “Səhra mətbəxi” müsabiqəsində iştirak edəcəklər – FOTO

15:41 - 27 / 07 / 2017
Azərbaycan hərbçiləri “Səhra mətbəxi” müsabiqəsində iştirak edəcəklər – FOTO

“Beynəlxalq Ordu Oyunları - 2017” yarışları çərçivəsində keçirilən “Səhra mətbəxi” müsabiqəsində iştirak etmək üçün Azərbaycanın hərbi aşpazları Moskvaya gediblər.

1news.az-ın Müdafiə Nazirliyinə istinadən verdiyi xəbərə görə, yaxın günlərdə Azərbaycan, Belarus, Serbiya, Monqolustan, İsrail və Rusiya komandalarının heyətləri təlimat keçəcək, təhlükəsizlik tədbirləri və texniki vasitələrin istismarını öyrənəcək, qida məhsulları ilə işləmək üçün icazə verilməsi məqsədilə tibbi müayinə olunacaqlar.

İyulun 29-da hərbi aşpazlar milli mətbəx yeməklərinin hazırlanması üzrə məharətlərini nümayiş etdirəcəklər.

Babək Cahandarov

Paylaş:
1006

Son xəbərlər

Sabahın hava proqnozu

15 / 05 / 2025, 13:49

Ölkədə doğum sayı azalıb

15 / 05 / 2025, 13:47
Bütün xəbərlər