Bakı Ali Neft Məktəbində STAR və Petkimdə işləyəcək 25 məzunla görüş - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakı Ali Neft Məktəbində STAR və Petkimdə işləyəcək 25 məzunla görüş - FOTO

11:28 - 27 / 07 / 2017
Bakı Ali Neft Məktəbində STAR və Petkimdə işləyəcək 25 məzunla görüş - FOTO

Bakı Ali Neft Məktəbində (BANM) SOCAR-Türkiyə şirkətinin STAR Refinery və Petkim müəssisələrində işləyəcək 25 məzunla görüş keçirilib.

1news.az-a BANM-ın İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, görüşdə Ali Məktəbin rektoru Elmar Qasımov və “SOCAR-Türkiyə” şirkətinin insan resurslarının kadrların cəlb edilməsi və idarəolunması departamentin mütəxəssisi Leyla Axundzadə iştirak ediblər.

Gələcək mühəndisləri salamlayan BANM-in rektoru Elmar Qasımov “SOCAR-Türkiyə” şirkəti tərəfindən iş imkanı qazanan məzunları təbrik edib və onlara uğurlar arzulayıb. O, karyeralarına necə başlamasından, əldə etdiyi uğurlardan danışaraq, onlara tövsiyələrini də verib. Bildirib ki, tələbələrin özlərini iş dünyasına hazırlamaları üçün Ali Məktəbdə əldə etdikləri bilik, təcrübə gələcək karyerada təməl rolunu oynayacaq. “Bu layihə Azərbaycan və Türkiyə arasında bir dostluq nümayişidir. Mən fəxr edirəm ki, Ali Məktəbin məzunları regionun ən nüfuzlu olan şirkətlərindən birində çalışacaqlar”, - rektor dedi.

Daha sonra SOCAR-Türkiyə” şirkətinin insan resurslarının kadrların cəlb edilməsi və idarəolunması departamentinin mütəxəssisi Leyla Axundzadə Türkiyədə iş prosesinin qaydalarından və hazırlıqlarından geniş məlumat verdi. Sonra L.Axundzadə tələbələri maraqlandıran sualları cavablandırdı.

Xatırladaq ki, seçim imtahan və müsahibə əsasında keçirilmişdir. SOCAR-Türkiyə” şirkətinin nümayəndələri ümumilikdə 220-dən artıq müraciət aldılar, 173 nəfər üçün imtahan, 48 nəfər üçün müsahibə keçirtdilər. Bu gərgin rəqabət nəticəsində ən istedadlı və bacarıqlı məzunları seçə bildilər.

S.Xankişiyeva

Paylaş:
714

Son xəbərlər

Baş nazir Azər Əmiraslanovla bağlı sərəncam imzaladıBu gün, 15:19Türkiyə–Azərbaycan Universitetinə tələbə seçimini müstəqil aparmaq hüququ verilib - SƏRƏNCAMBu gün, 15:14Mikayıl Cabbarov Slovakiyanın Baş nazirinin müavini, iqtisadiyyat naziri ilə görüş keçiribBu gün, 15:06Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad olunub - SƏRƏNCAMBu gün, 15:03Azərbaycan Çində keçirilən İpək Yolu konfransında təmsil olunubBu gün, 15:01Heydər Əsədov Dövlət Dəniz Akademiyasının rektoru vəzifəsindən azad olunubBu gün, 15:00Şahin Seyidzadə “İçərişəhər” DTMQİ-nin İdarə Heyətinin sədri vəzifəsindən azad edilibBu gün, 14:58Polad Bülbüloğlu Azərbaycanın Rusiyadakı səfiri vəzifəsindən geri çağırılıbBu gün, 14:57İlham Əliyev Özbəkistanın Baş nazirinin müavinini qəbul edibBu gün, 14:57Əli Əhmədov Baş nazirin müavini vəzifəsindən azad edilibBu gün, 14:542024-2025-ci tədris ili üçün tələbələrin köçürülməsi yekunlaşıbBu gün, 14:38Bu gün görkəmli yazıçı Sabit Rəhmanın anım günüdürBu gün, 14:16Azərbaycanda minimum əməkhaqqı və minimum pensiya artırılacaqBu gün, 13:56Prezident Milli Məclisdə çıxışında Ermənistanla münasibətlərin normallaşması məsələsinə toxunubBu gün, 13:45Bəzi bölgələrə yağış yağıb, dolu düşüb - FAKTİKİ HAVABu gün, 13:27Prezident quru sərhədlərin bağlı olmasından danışdı: Bizi böyük fəlakətlərdən xilas etdiBu gün, 13:15Sabah yağış yağacağı gözlənilir - ProqnozBu gün, 13:03VII çağırış Milli Məclis sədrinin müavinləri seçilib, say artırılıb - ADLARBu gün, 12:50“Qələbəmizi həzm edə bilməyən xarici dairələr bizə qarşı yeni planlar hazırlayır”Bu gün, 12:36“Dirçəliş Kuboku” xeyriyyə minifutbol turnirinin rəsmi açılış mərasimi keçirilibBu gün, 12:35
Bütün xəbərlər