Elmar Məmmədyarov Perunun ölkəmizə yeni təyin edilmiş müvəqqəti işlər vəkilini qəbul edib | 1news.az | Xəbərlər
Siyasət

Elmar Məmmədyarov Perunun ölkəmizə yeni təyin edilmiş müvəqqəti işlər vəkilini qəbul edib

15:32 - 28 / 07 / 2017
Elmar Məmmədyarov Perunun ölkəmizə yeni təyin edilmiş müvəqqəti işlər vəkilini qəbul edib

Elmar Məmmədyarov Peru Respublikasının ölkəmizə yeni təyin edilmiş müvəqqəti işlər vəkili Luis Çanq Boldrinini qəbul edib.

1news.az-a XİN-in mətbuat xidmətindən verilən xəbərə görə, Elmar Məmmədyarov Luis Çanq Boldrinini müvəqqəti işlər vəkili qismində fəaliyyətə başlaması münasibətilə təbrik etdi, Perunun Azərbaycanda səfirliyinin açılması və Azərbaycanın Peruda diplomatik nümayəndəliyinin fəaliyyət göstərməsinin ikitərəfli əməkdaşlığın inkişafına ciddi təkan verdiyini diqqətə çatdırdı.

Luis Çanq Boldrini fəaliyyəti dövründə iki ölkə arasında əlaqələrin inkişaf etdirilməsi üçün səylərini əsirgəməyəcəyini bildirdi.

Görüşdə qarşılıqlı səfərlərin təşkili, XİN-lər səviyyəsində siyasi məsləhətləşmələrin aparılması və əməkdaşlığın müxtəlif sahələri üzrə müqavilə-hüquq bazasının genişləndirilməsinin vacibliyi vurğulandı. İki ölkə arasında kənd-təssürrüfatı, enerji, qarşılıqlı sərmayələrin qoyulması, turizm və mədəniyyət və təhsil sahəsində əməkdaşlıq üçün geniş imkanların olduğu qeyd olundu.

S.Xankişiyeva

Paylaş:
788

Son xəbərlər

Sabahın hava proqnozu

15 / 05 / 2025, 13:49

Ölkədə doğum sayı azalıb

15 / 05 / 2025, 13:47
Bütün xəbərlər