Elmar Məmmədyarov Yunanıstan səfirini qəbul edib | 1news.az | Xəbərlər
Siyasət

Elmar Məmmədyarov Yunanıstan səfirini qəbul edib

17:23 - 28 / 07 / 2017
Elmar Məmmədyarov Yunanıstan səfirini qəbul edib

Xarici işlər naziri Elmar Məmmədyarov Yunanıstan Respublikasının Azərbaycan Respublikasındakı səfiri Dimitrios Tsounqası diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul edib.

1news.az-a XİN-in mətbuat xidmətindən verilən xəbərə görə, səfir Dimitrios Tsounqas diplomatik fəaliyyəti müddətində ona göstərilən dəstəyə görə təşəkkürünü bildirib və Azərbaycan və Yunanıstan arasında mövcud olan dostluq münasibətlərinin daha da inkişaf etdirilməsi istiqamətində səylərini əsirgəmədiyini vurğulayıb.

Nazir Elmar Məmmədyarov səfir Dimitrios Tsounqasa gələcək fəaliyyətində uğurlar arzu edib.

S.Xankişiyeva

Paylaş:
1057

Son xəbərlər

Sabahın hava proqnozu

15 / 05 / 2025, 13:49

Ölkədə doğum sayı azalıb

15 / 05 / 2025, 13:47
Bütün xəbərlər