Məleykə Abbaszadə Zaqatala rayonunda vətəndaşları qəbul edəcək | 1news.az | Xəbərlər
Cəmiyyət

Məleykə Abbaszadə Zaqatala rayonunda vətəndaşları qəbul edəcək

22:34 - 28 / 07 / 2017
Məleykə Abbaszadə Zaqatala rayonunda vətəndaşları qəbul edəcək

Dövlət İmtahan Mərkəzi (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə avqustun 4-də Zaqatala rayonunda vətəndaşları qəbul edəcək.

DİM-dən 1news.az-a bildiriblər ki, vətəndaşların qəbulu saat 12.00-da Zaqatala şəhəri Heydər Əliyev Mərkəzində keçiriləcək.

Qəbulda Balakən, Zaqatala, Qax, Şəki rayonlarının sakinləri və bu rayonlarda məskunlaşmış qaçqın və məcburi köçkünlər iştirak edə bilərlər.

Qəbula gəlmək istəyən vətəndaşların Dövlət İmtahan Mərkəzinin internet saytına daxil olaraq elektron müraciət formasını doldurmaqla qeydiyyatdan keçmələri (http://eservices.tqdk.gov.az/sedrinqebulu/) və ya DİM-in Şəki regional bölməsinə (ünvan: Şəki şəhəri, M.Ə.Rəsulzadə prospekti, 182) müraciət etmələri (əlaqə tel.: (024-244-66-14) xahiş olunur.

Bundan əlavə Balakən, Zaqatala, Qax rayonlarının təhsil şöbələrində avqustun 3-dək (şənbə, bazar günləri istisna olmaqla) saat 10.00-dan 17.00-dək qeydiyyat aparılacaq.

1news.az

Paylaş:
840

Son xəbərlər

Sabahın hava proqnozu

15 / 05 / 2025, 13:49

Ölkədə doğum sayı azalıb

15 / 05 / 2025, 13:47
Bütün xəbərlər