Meteoroloqlardan xəbərdarlıq: açıq havada qalmayın | 1news.az | Xəbərlər
Cəmiyyət

Meteoroloqlardan xəbərdarlıq: açıq havada qalmayın

12:48 - 28 / 07 / 2017
Meteoroloqlardan xəbərdarlıq: açıq havada qalmayın

Ekologiya və Təbii Sərvətlər Nazirliyi iyul ayının 29-na olan hava proqnozunu açıqlayıb.

Nazirliyin Milli Hidrometeorologiya Departamentindən 1news.az-a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə zəif duman olacaq. Cənub küləyi əsəcək, axşam mülayim şimal-qərb küləyi ilə əvəz  olunacaq.

Havanın temperaturunun Abşeron yarımadasında gecə 22-26, gündüz 34-39, Bakıda gecə 24-26, gündüz 36-38 dərəcə isti olacağı gözlənilir.

Atmosfer təzyiqi normadan aşağı 755 mm civə sütunu, nisbi rütubət gecə 70-75, gündüz 40-45 faiz təşkil edəcək.

Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 25-26, Zaqulba, Buzovna, Mərdəkan, Şüvəlanda  26-27, Türkan, Hövsan, Sahil, Şıxda  27-28 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında iyulun 29-da hava şəraitinin yağmursuz keçəcəyi, lakin gecəyə doğru bəzi dağlıq ərazilərdə qısamüddətli yağış yağacağı gözlənilir. Qərb küləyi əsəcək, gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturunun gecə 21-26, gündüz 35-40, bəzi yerlərdə 42, dağlarda gecə 15-20, gündüz  27-32 dərəcə isti olacağı gözlənilir. 

Tibbi-meteoroloji xəbərdarlığa görə, iyulun 28-29-da Abşeron yarımadasında zəif küləklərin və nisbətən rütubətli hava şəraitinin üstünlüyü fonunda isti temperatur diskomfortu əksər əhali üçün çox əlverişsizdir. Gündüz saatlarında uzun müddət açıq havada qalmaq məsləhət deyil.

Babək Cahandarov

Paylaş:
739

Son xəbərlər

Bütün xəbərlər