Paytaxtda ölümlə nəticələnən qəza olub | 1news.az | Xəbərlər
Cəmiyyət

Paytaxtda ölümlə nəticələnən qəza olub

18:40 - 29 / 07 / 2017
Paytaxtda ölümlə nəticələnən qəza olub

Binəqədi rayonu, Azadlıq prospektində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyindən 1news.az- a verilən məlumata görə, iyulun 28-də saat 1.00 radələrində Binəqədi rayonu Azadlıq prospektində Abşeron rayon sakini Şamxal Əhmədov idarə etdiyi “Volksvagen” markalı avtomobillə yolu keçən Bakı şəhər sakini Kamran Abdullayevi vurub.

Xəstəxanaya yerləşdirilən piyada orada ölüb.

Binəqədi RPİ tərəfindən hadisə ilə bağlı araşdırma aparılır.

1news.az

Paylaş:
898

Son xəbərlər

Bütün xəbərlər