Sergey Şoyqu Azərbaycan mətbəxinin təamlarını dadıb

Rusiyanın müdafiə naziri Sergey Şoyqu 3-cü Beynəlxalq Hərb Oyunları çərçivəsində Azərbaycan mili mətbəxinin təamlarını dadıb.
1news.az-ın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, Şoyqu “Səhra mətbəxi“ yarışından öncə Rusiya, Azərbaycan, Belarus Serbiya, Monqolustan və İsrail aşpazlarının hazırladığı xörəklərin dadına baxıb.
“Rusiya, Azərbaycan, Belarus, Serbiya, Monqolustan və İsrailin hərbi aşpazlarıi yarışların iştirakçıları və qonaqlar üçün milli mətbəxlərinə aid 150-dən çox xörək hazırlayıb. Xüsusilə, nazir azərbaycanlıların ət xörəkləri və şirniyyatlarının dadına baxıb, rusiyalı aşpazların balıq və un məmulatlarından hazırlanan təamlarından yeyib, monqol aşpazların isə çayını içib”, - deyə Rusiya Müdafiə Nazirliyinin məlumatında deyilir.
“Səhra mətbəxi” yarış avqustun 1-də başlayacaq.
1news.az