700 bal toplayanlar bu universitetləri seçdilər - Siyahı | 1news.az | Xəbərlər
Cəmiyyət

700 bal toplayanlar bu universitetləri seçdilər - Siyahı

20:55 - 30 / 07 / 2017
700 bal toplayanlar bu universitetləri seçdilər - Siyahı

2017-2018-ci tədris ili üçün ali məktəblərə qəbul imtahanları geridə qaldı. İyulun 29-dan başlayaraq   abituriyentlər üçün daha önəmli bir prosesə start verilib. Bu da ali məktəblərə ixtisas seçimidir. İxtisas seçimi avqustun 10-na qədər davam edəcək. Bu, hətta qəbul imtahanlarından da çətin prosesdir. Bəs 700 bal toplayan abituriyentlər hansı universitet və ixtisas arasında seçim ediblər?

1news.az modern.az-a istinadən həmin abituriyntlərin siyahısını və seçimlərini təqdim edir.
 
I ixtisas qrupu üzrə 700 bal toplayan abituryentlər

Türkiyə Dəyanət Vəqfi Bakı Türk liseyinin məzunu- Qabil Əliyev:

“Düşünrəm ki, BANM-da oxumaq lazımdır. İxtisas olaraq isə  proseslərin avtomatlaşdırılmasını seçdim”

Xırdalan şəhər 5 nömrəli tam orta məktəbin məzunu Jalə Məmmədova:
“Hələ ki, tam olaraq seçim etməmişəm. Vaxta hələ var. Düşünürəm”

Akademik Zərifə Əliyeva adına liseyin məzunu Elmir Əhmədov:
“BANM-da oxumağı-düşünürəm. İxtisas olaraq isə  proseslərin avtomatlaşdırılmasını seçmişəm”

Bakı şəhəri, 220 nömrəli məktəbin məzunu Xalidə Əliyeva:
“Universitet olaraq BANM-ı, ixtisas olaraq isə  proseslərin avtomatlaşdırılmasını  seçmişəm”.

Bakı Şəhəri 162 saylı orta məktəbin məzunu Mahirə Əsədzadə:
“BANM-da oxumaq istəyirəm. Ona görə də oranı seçdim. İxtisas olaraq  proseslərin avtomatlaşdırılmasını seçmişəm”

İsmayıllı rayonunun Lahıc qəsəbə orta məktəbinin məzunu Vahab Cəbrayılov:
“BANM-da oxumağı düşünürəm. İxtisas olaraq  proseslərin avtomatlaşdırılmasını seçmişəm”

Gəncə şəhəri 26 saylı məktəb-lisey kompleksinin məzunu Abdulla Əsgərzadə:
“Vaxta hələ var. Tam olaraq seçim etməmişəm”
 

II ixtisas qrupu üzrə 700 bal toplayan abituriyentlər

Dəyanət Türk Vəqfi-Bakı Türk Liseyinin məzunu olan Cavad Əliyev:
“Hələ seçim etməmişəm”

Ağcabədi şəhəri, 3 saylı məktəb-liseyin şagirdi  Arzu Məmmədzadə:

“Hələ ki, 2 universitet arasında qalmışam. Ya İqtisad Universitetini, ya da Bakı Mühəndislik Universitetini seçəcəm. İxtisas olaraq isə maliyyə sahəsi üzrə qərarlaşmışam”

III ixtisas qrupu üzrə maksimum nəticə göstərən abituriyentlər

Akade Bakı şəhəri, Suraxanı rayonu 278 saylı orta məktəbin məzunu Pərvin Əhmədova:
“Azərbaycan Diplomatik Akademiyasının  dövlət və ictimai münasibətlər fakultəsində oxumaq istəyirəm”

Akademik Zərifə Əliyeva adına liseyin məzunu Səbinə İsmayılova:
“Bakı Dövlət Universitetinin hüquq fakültəsində təhsil almağı düşünürəm. Amma mən hüquq fakültəsini Azərbaycan dili üzrə davam etdirəcəm. İngilis dilini özüm seçmədim” 

Bakı şəhəri, Nəsimi rayonu 111 saylı orta məktəbin məzunu İlhamə Hüseynova:
“Bakı Dövlət Universitetini seçmişəm. İxtisasa gəlincə  Hüquq fakultəsində oxumağı düşünürəm. Dərslər ingilis dilində aparılır. Bu da çox yaxşıdır”

IV ixtisas qrupu üzrə 700 bal toplayanlar

Türkiyə Dəyanət Vəqfi Bakı Türk liseyinin məzunu Ziya Müslümov:
“Azərbaycan Tibb universitetinin  Müalicı işi fakültəsini seçmişəm”

Sumqayıt şəhəri Təbiət elmləri təmayüllü gimnaziyanın məzunu Eldar Əfəndiyev:
“Azərbaycan Tibb Universitetinin  Müalicə işi fakültəsini seçmişəm”

Bakı şəhəri 287 saylı "Zəkalar" liseyinin məzunu Nemət Yusifov:
“Hələ ki, Türkiyədən cavab gözləyirəm. Əgər cavab gəlməsə, Azərbaycan Tibb Universitetində təhsilimi davam etdirəcəm. Əksinə olsa, Türkiyəyə gedəcəm”.

1news.az

 

 

 

Paylaş:
615

Son xəbərlər

Baş nazir Azər Əmiraslanovla bağlı sərəncam imzaladıBu gün, 15:19Türkiyə–Azərbaycan Universitetinə tələbə seçimini müstəqil aparmaq hüququ verilib - SƏRƏNCAMBu gün, 15:14Mikayıl Cabbarov Slovakiyanın Baş nazirinin müavini, iqtisadiyyat naziri ilə görüş keçiribBu gün, 15:06Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad olunub - SƏRƏNCAMBu gün, 15:03Azərbaycan Çində keçirilən İpək Yolu konfransında təmsil olunubBu gün, 15:01Heydər Əsədov Dövlət Dəniz Akademiyasının rektoru vəzifəsindən azad olunubBu gün, 15:00Şahin Seyidzadə “İçərişəhər” DTMQİ-nin İdarə Heyətinin sədri vəzifəsindən azad edilibBu gün, 14:58Polad Bülbüloğlu Azərbaycanın Rusiyadakı səfiri vəzifəsindən geri çağırılıbBu gün, 14:57İlham Əliyev Özbəkistanın Baş nazirinin müavinini qəbul edibBu gün, 14:57Əli Əhmədov Baş nazirin müavini vəzifəsindən azad edilibBu gün, 14:542024-2025-ci tədris ili üçün tələbələrin köçürülməsi yekunlaşıbBu gün, 14:38Bu gün görkəmli yazıçı Sabit Rəhmanın anım günüdürBu gün, 14:16Azərbaycanda minimum əməkhaqqı və minimum pensiya artırılacaqBu gün, 13:56Prezident Milli Məclisdə çıxışında Ermənistanla münasibətlərin normallaşması məsələsinə toxunubBu gün, 13:45Bəzi bölgələrə yağış yağıb, dolu düşüb - FAKTİKİ HAVABu gün, 13:27Prezident quru sərhədlərin bağlı olmasından danışdı: Bizi böyük fəlakətlərdən xilas etdiBu gün, 13:15Sabah yağış yağacağı gözlənilir - ProqnozBu gün, 13:03VII çağırış Milli Məclis sədrinin müavinləri seçilib, say artırılıb - ADLARBu gün, 12:50“Qələbəmizi həzm edə bilməyən xarici dairələr bizə qarşı yeni planlar hazırlayır”Bu gün, 12:36“Dirçəliş Kuboku” xeyriyyə minifutbol turnirinin rəsmi açılış mərasimi keçirilibBu gün, 12:35
Bütün xəbərlər