Leyla Əliyeva "Jara-2017"də - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Leyla Əliyeva "Jara-2017"də - FOTO

12:52 - 30 / 07 / 2017
Leyla Əliyeva "Jara-2017"də - FOTO

"Jara-2017" Beynəlxalq Musiqi Festivalının üçüncü günündə tədbirin fəxri qonaqları sırasında Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva olub.

1news.az  xəbər verir ki, Leyla Əliyeva festival iştirakçılarını, qonaqları salamlayıb və aparıcının “İnsanlar sadəcə heyrət içərisindədirlər. Bütün artistlər deyirlər ki, burada özlərini evlərindəki kimi hiss edirlər. Siz buna necə nail olursunuz?” sualını cavablandıraraq deyib:

 “Bura Bakıdır, həmişə olduğu kimi, hərarətli və mehriban, ən başlıcası isə xeyirxah insanlar. Əlbəttə, hamı birdir - burada yaşayanlar da, buraya qonaq gələnlər də. Bugünkü axşam sevgi ilə doludur. Buna görə çox sağ olun. Hamınıza təşəkkür edirəm, xoşbəxtlik, firavanlıq, möhkəm cansağlığı, sevgi arzulayıram. Çox sağ olun ki, bu gün burada bizimləsiniz. Bu axşam bizim hamımıza görə, burada iştirak edən hər kəsə görə çox gözəldir”.

1news.az

 

Paylaş:
3268

Son xəbərlər

Bütün xəbərlər