Prezident İlham Əliyev bir qrup kino xadimini təltif edib | 1news.az | Xəbərlər
Rəsmi

Prezident İlham Əliyev bir qrup kino xadimini təltif edib

19:23 - 31 / 07 / 2017
Prezident İlham Əliyev bir qrup kino xadimini təltif edib

Prezident İlham Əliyev Azərbaycanın kino xadimlərinə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdlərinin verilməsi haqqında sərəncam imzalayıb.

1news.az xəbər verir ki, sərəncama əsasən, Azərbaycan kinematoqrafiyasının inkişafında xidmətlərinə görə Əliyev Rafiq Hacıbaba oğlu və Nəsirov Rafiq Əliş oğluna Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü verilib.

Dövlət başçısının digər sərəncamı ilə Azərbaycan kinematoqrafiyasının inkişafında xidmətlərinə görə aşağıdakı kino xadimlərinə Azərbaycan Respublikasının fəxri adları verilib:

Xalq artisti

Mirqasımova Ayan Oqtay qızı

Əməkdar mədəniyyət işçisi

Allahverdiyeva Afaq Murtuz qızı

Azməmmədov Nadir Mirzə oğlu

Bağırov Tahir Məmməd oğlu

Əsgərov Müzəffər Rza oğlu

Kazımov Tahir Şirin oğlu

Kərimov Arif Cahangir oğlu

Kutiyev Abdulnəsir Hacı oğlu

Mehdiyev Nadir Hüseyn oğlu

Məmmədov Kamil İmaməli oğlu

Süleymanov Badavi Süleyman oğlu

Vəliyev Sabir Əli oğlu.

Babək Cahandarov

Paylaş:
1104

Son xəbərlər

Bütün xəbərlər