Hacıqabuldakı qətlin təfərrüatları – YENİLƏNİB | 1news.az | Xəbərlər
Cəmiyyət

Hacıqabuldakı qətlin təfərrüatları – YENİLƏNİB

10:07 - 31 / 07 / 2017
Hacıqabuldakı qətlin təfərrüatları – YENİLƏNİB

Hacıqabulda beş nəfərin ölümü, bir nəfərin yaralanması ilə nəticələnən silahlı insidentin təfərrüatları məlum olub.

Hacıqabul Şəhər icra Nümayəndəliyindən bildirilib ki, bir ailənin dörd üzvünü qətlə yetirən Mübariz Mehdiyev Moskvada yaşayırmış:

“O, bir müddət öncə həbsdən çıxmışdı. Mübarizlə Qənbərovlar ailəsinin Moskvada yaşayan üvzü Natiq arasında illərdir ki, münaqişə vardı. Ona görə də Mübariz həbs olunmuşdu. Mübarizin qisas almaq istədiyi şəxs Moskavda yaşayır. Onlar hər ikisidə Moskva uşaqlarıdır. Bazarda alver edirdilər.

Mübariz həmin şəxdən qisas almaq üçün səhər saat altı tamamda Qənbərovların həyətinə daxil olub. O, səhv edərək Qənbərovların qardaşının ailəsini qətlə yetirib. O, Moskvada yaşayan şəxsin ailəsini yox, onun əmisinin ailə üvlərini qətlə yetirib. Mübarizin səhv etməsinə səbəb isə Qənbərovlar ailəsinin bir həyətdə yaşaması olub. Səhər tezdən həyətə daxil olan Mübariz qarşısına keçən hər kəsə güllə atıb. Bu zaman qonuşlar polisə xəbər veriblər.

Polis həyətə daxil olan kimi, Mübariz gülləni özünə sıxıb. Beləliklə 5 nəfər hadisə yerindəcə ölüblər. Onlar Moskavda alver edən zaman aralarında münaqişə baş vermişdi. Mübarizin qətlə yetirdiyi ən gənc şəxsin isə 28 yaşı var. O da Moskvada yaşayan Natiqin əmisi oğludur. Mübariz də ailə həyatı qurmayıb. Bildiyimizə görə Mübarizin həbs olunmasına bu ailənin Moskvada yaşayan üzvü səbəb olub”- deyə icra Nümayəndəliyindən bildiriblər.

AzVision.az

09:23

Hacıqabulda baş verən silahlı insident nəticəsində 5 nəfər ölüb, bir nəfər isə yaralanıb.

1news.az-ın APA-ya istinadla verdiyi xəbərə görə, rayonun Bayram İbrahimov küçəsində evə silahlı basqın zamanı bir ailənin 4 üzvü öldürülüb. Bunlar Namiq Qəmbərov, Nazim Qəmbərov, Gülbağda Qəmbərova və Almara Qəmbərovadır.

Hadisəni törədən Mübariz Mehdiyevin isə polis tərəfindən zərərsizləşdirildiyi bildirilir. İlkin məlumata görə, basqınçının ailə üzvləri ilə Qəmbərovlar arasında Rusiyada hansısa anlaşılmazlıq baş verib. Buna görə də M. Mehdiyev evə hücum edərək, Qəmbərovları güllələyib. Digər məlumata görə, M. Mehdiyev evdə olan 5 nəfəri güllələyəndən sonra özünü də öldürüb.

Ailə üzvlərindən biri-Məhəmməd Qəmbərov yaralı vəziyyətdə Hacıqabul Mərkəzi rayon Xəstəxanasına çatdırılıb. Yaralının vəziyyətinin ağır olduğu bildirilir.

Hazırda hadisə yerində hüquq-mühafizə orqanlarının əməkdaşları işləyir.

S.Xankişiyeva

Paylaş:
908

Son xəbərlər

Türkiyə–Azərbaycan Universitetinə tələbə seçimini müstəqil aparmaq hüququ verilib - SƏRƏNCAMBu gün, 15:14Mikayıl Cabbarov Slovakiyanın Baş nazirinin müavini, iqtisadiyyat naziri ilə görüş keçiribBu gün, 15:06Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad olunub - SƏRƏNCAMBu gün, 15:03Azərbaycan Çində keçirilən İpək Yolu konfransında təmsil olunubBu gün, 15:01Heydər Əsədov Dövlət Dəniz Akademiyasının rektoru vəzifəsindən azad olunubBu gün, 15:00Şahin Seyidzadə “İçərişəhər” DTMQİ-nin İdarə Heyətinin sədri vəzifəsindən azad edilibBu gün, 14:58İlham Əliyev Özbəkistanın Baş nazirinin müavinini qəbul edibBu gün, 14:57Polad Bülbüloğlu Azərbaycanın Rusiyadakı səfiri vəzifəsindən geri çağırılıbBu gün, 14:57Əli Əhmədov Baş nazirin müavini vəzifəsindən azad edilibBu gün, 14:542024-2025-ci tədris ili üçün tələbələrin köçürülməsi yekunlaşıbBu gün, 14:38Bu gün görkəmli yazıçı Sabit Rəhmanın anım günüdürBu gün, 14:16Azərbaycanda minimum əməkhaqqı və minimum pensiya artırılacaqBu gün, 13:56Prezident Milli Məclisdə çıxışında Ermənistanla münasibətlərin normallaşması məsələsinə toxunubBu gün, 13:45Bəzi bölgələrə yağış yağıb, dolu düşüb - FAKTİKİ HAVABu gün, 13:27Prezident quru sərhədlərin bağlı olmasından danışdı: Bizi böyük fəlakətlərdən xilas etdiBu gün, 13:15Sabah yağış yağacağı gözlənilir - ProqnozBu gün, 13:03VII çağırış Milli Məclis sədrinin müavinləri seçilib, say artırılıb - ADLARBu gün, 12:50“Qələbəmizi həzm edə bilməyən xarici dairələr bizə qarşı yeni planlar hazırlayır”Bu gün, 12:36“Dirçəliş Kuboku” xeyriyyə minifutbol turnirinin rəsmi açılış mərasimi keçirilibBu gün, 12:35Dövlət başçısı ölkə qarşısında duran bəzi vəzifələri açıqladıBu gün, 12:33
Bütün xəbərlər