130 mindən çox müəllimin bilik və bacarıq səviyyəsi müəyyənləşdirilib | 1news.az | Xəbərlər
Cəmiyyət

130 mindən çox müəllimin bilik və bacarıq səviyyəsi müəyyənləşdirilib

14:07 - 01 / 08 / 2017
130 mindən çox müəllimin bilik və bacarıq səviyyəsi müəyyənləşdirilib

Azərbaycanda diaqnostik qiymətləndirmə nəticəsində 130 mindən çox müəllimin bilik və bacarıq səviyyəsi müəyyənləşdirilib.

1news.az-ın Təhsil Nazirliyinə istinadən verdiyi xəbərə görə, diaqnostik qiymətləndirmədən keçən müəllimlərin əməkhaqqıları ortalama 40% artıb.

Qeyd olunub ki, diaqnostik qiymətləndirmənin nəticələrinə əsasən müəllimlərin bilik və bacarıq səviyyələri müəyyənləşdirilərək onların dərs yükü norması və əməkhaqqı artırılmaqla maddi rifahı yaxşılaşdırılır. Həmçinin həmin müəllimlər inkişafyönümlü təlimlərə cəlb ediləcəklər.

Babək Cahandarov

Paylaş:
561

Son xəbərlər

Bütün xəbərlər