Vüqar Abdullayev Əmanətlərin Sığortalanması Fondunun İcraçı direktorunun müavini təyin edilib
Prezident İlham Əliyev V.R.Abdullayevin Əmanətlərin Sığortalanması Fondunun İcraçı direktorunun müavini təyin edilməsi haqqında sərəncam imzalayıb.
1news.az-ın dövlət başçısının rəsmi saytına istinadla verdiyi xəbərə görə, sərəncamda deyilir:
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə uyğun olaraq qərara alıram:
1. Vüqar Rafik oğlu Abdullayev Əmanətlərin Sığortalanması Fondunun İcraçı direktorunun müavini təyin edilsin.
2. Əmanətlərin Sığortalanması Fondunun İcraçı direktoru təyin olunana qədər həmin vəzifənin icrası Vüqar Rafik oğlu Abdullayevə həvalə edilsin.
S.Xankişiyeva
2551