Əl-Aqsa məscidi ilə bağlı İƏT İcraiyyə Şurasının fövqəladə iclası keçirilib | 1news.az | Xəbərlər
Siyasət

Əl-Aqsa məscidi ilə bağlı İƏT İcraiyyə Şurasının fövqəladə iclası keçirilib

19:29 - 01 / 08 / 2017
Əl-Aqsa məscidi ilə bağlı İƏT İcraiyyə Şurasının fövqəladə iclası keçirilib

İslam Əməkdaşlıq Təşkilatının Sammitinin sədri statusunda Türkiyənin çağırışı və ev sahibliyi ilə Qüdsdəki Əl-Aqsa məscidi ətrafında cərəyan edən hadisələri müzakirə etmək üçün İstanbul şəhərində İslam Əməkdaşlıq Təşkilatının İcraiyyə Şurasının fövqəladə iclası keçirilib.

XİN-in mətbuat xidmətindən 1news.az-a verilən məlumata görə, İclasda Azərbaycan Respublikasını Xüsusi Tapşırıqlar üzrə Səfir Şahin Abdullayev təmsil edib.

 İclasda çıxış edən səfir Şahin Abdullayev Qüds məsələsi və Əl-Aqsa məscidi ətrafında cərəyan edən hadisələrlə əlaqədar Azərbaycanın mövqeyini səsləndirib və tədbirin təşkil edilməsinə görə Türkiyə Respublikasına təşəkkürünü ifadə edib.

1news.az

 

Paylaş:
982

Son xəbərlər

Bütün xəbərlər