Şövkət Ağayevə “20 Yanvar Şəhidi” fəxri adı verilib | 1news.az | Xəbərlər
Rəsmi

Şövkət Ağayevə “20 Yanvar Şəhidi” fəxri adı verilib

18:12 - 02 / 08 / 2017
Şövkət Ağayevə “20 Yanvar Şəhidi” fəxri adı verilib

Prezident İlham Əliyev “20 Yanvar Şəhidi” fəxri adının verilməsi haqqında sərəncam imzalayıb.

1news.az-ın dövlət başçısının rəsmi saytına istinadla verdiyi xəbərə görə, sərəncamda deyilir:

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 29 dekabr tarixli 51 nömrəli Fərmanı ilə təsdiq edilmiş “20 Yanvar Şəhidi” fəxri adı haqqında Əsasnamə”yə uyğun olaraq qərara alıram:

1. 1990-cı il 20 Yanvar hadisələri nəticəsində həlak olmuş Ağayev Şövkət Həsənoviçə “20 Yanvar Şəhidi” fəxri adı verilsin.

2. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

S.Xankişiyeva

Paylaş:
670

Son xəbərlər

Bütün xəbərlər