İlham Əliyev yenidən qurulan yolların açılışında iştirak edib – FOTO | 1news.az | Xəbərlər
Rəsmi

İlham Əliyev yenidən qurulan yolların açılışında iştirak edib – FOTO

10:10 - 02 / 08 / 2017
İlham Əliyev yenidən qurulan yolların açılışında iştirak edib – FOTO

Avqustun 2-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yenidən qurulan Pirşağı-Novxanı dənizkənarı və Binəqədi-Novxanı-Corat avtomobil yollarının açılışında iştirak edib.

1news.az-ın dövlət başçısının rəsmi saytına istinadla verdiyi xəbərə görə,  “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinin sədri Saleh Məmmədov dövlətimizin başçısına görülən işlərlə bağlı məlumat verdi.

Bildirildi ki, Pirşağı-Novxanı avtomobil yolu dənizkənarı dairəvi yola birləşməklə Sumqayıt şəhərindən Abşeron yarımadasının şimal və şimal-şərq hissələrinə rahat və maneəsiz gediş-gəlişi təmin edəcək. Beləliklə, layihənin həyata keçirilməsi nəticəsində Abşeron yarımadasının şimal-şərq hissəsindən şəhərə daxil olmadan Bilgəh, Nardaran, Kürdəxanı, Pirşağı, Fatmayi, Goradil, Novxanı, Saray, Masazır, Xırdalan və Sumqayıt istiqamətlərində hərəkət etməklə avtomobillərin Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi və Bakı-Şamaxı-Yevlax magistral yollarına çıxışı təmin ediləcək. Bu isə öz növbəsində Bakının avtonəqliyyat sıxlığının azalmasına müsbət təsir göstərəcək.

Bu yol Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə təsdiq edilmiş “2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”na uyğun olaraq Abşeron yarımadasının şimal hissəsində sahil boyu salınıb. Yolun uzunluğu 13,5 kilometrdir. Layihəyə uyğun olaraq ikizolaqlı yolun hərəkət hissəsinin eni 9 metrdir. Sahil boyunca bəzi ərazilərdə mövcud yolun eni genişləndirilib. Həm Novxanı, həm də Pirşağı qəsəbələrindən keçən hissələrində yolun eni 3-4 metrdən 9 metrə çatdırılıb. Bəzi ərazilərdə isə yol tamamilə yeni tras üzrə inşa olunub. Belə ki, vətəndaşların rahat və təhlükəsiz hərəkətini təmin etmək məqsədilə yol boyunca yeni piyada səkiləri də tikilib. Yolun bu cür müasir səviyyədə inşası ilk növbədə nəqliyyatın hərəkətinin yüksək səviyyədə təmini, bu istiqamətdə baş verə biləcək tıxacların qarşısının alınması, Bakı şəhərinin qəsəbələrinin və kəndlərinin sakinlərinin sosial məsələlərinin həlli baxımından böyük rol oynayır. Layihənin icrası həm də paytaxtın dənizkənarı turizm məkanlarına daha tez və rahat çatmaq, turizm sektorunun inkişafına dəstək vermək baxımından mühüm əhəmiyyət daşıyır.

Pirşağı-Novxanı avtomobil yolu Azərbaycan Prezidenti İlham Əliyevin tapşırıqlarına əsasən, bu il reallaşdırılacaq 40 kənd və qəsəbələrarası avtomobil yolu layihələrindən biridir. Avtomobil yolunun tikintisi texnoloji ardıcıllığa riayət olunmaqla və yüksək keyfiyyətlə aparılıb.

Prezident İlham Əliyev yeni yolun rəmzi açılışını bildirən lenti kəsdi.

Sonra dövlətimizin başçısı yenidən qurulan Binəqədi-Novxanı-Corat avtomobil yolunun açılışında iştirak etdi.

Azərbaycan Prezidentinin sərəncamına uyğun olaraq bu il ölkəmizdə reallaşdırılan 40 kənd və qəsəbələrarası avtomobil yolu layihələri çərçivəsində bu yol da müasir səviyyədə yenidən qurulub. Layihəyə uyğun olaraq yolun hərəkət hissəsi 12,5 metrədək genişləndirilib. Yol iki gediş, iki gəliş olmaqla dörd hərəkət zolağından ibarətdır. Layihə çərçivəsində Novxanı qəsəbəsindən keçən hissədə yeni su və kanalizasiya xətlərinin çəkilişi işləri də aparılıb. Yolun müxtəlif hissələrindəki kəsişmələrdə yeni dairələr inşa olunub. Bu isə hərəkətin intensivliyini və təhlükəsizliyini təmin etmək üçün mühüm rol oynayır. Bundan başqa, Novxanı qəsəbəsində dəmir yolu və su kanalı üzərində yerləşən mövcud körpülər də əsaslı şəkildə yenidən qurulub, onların eni 7 metrdən 12,5 metrə qədər genişləndirilib.

Qeyd edək ki, bu avtomobil yolu uzun müddət təmir olunmadığı üçün deformasiyaya uğramışdı və yol boyu dağılmış hissələr yaranmışdı. Üstəlik, bəzi ərazilərdə piyada səkilərinin olmaması vətəndaşların normal və təhlükəsiz hərəkətinə də maneə yaradırdı. Avtomobil yolunun tikintisi ilə bu problemlər köklü şəkildə aradan qaldırılıb. Bu layihənin icrası nəticəsində 5 yaşayış məntəqəsinin 72 min nəfər əhalisinin gediş-gəlişi xeyli asanlaşıb.

Dövlətimizin başçısı yeni yolun rəmzi açılışını bildirən lenti kəsdi.

S.Xankişiyeva

Paylaş:
729

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər