Mübariz Əhmədoğlu: Fransa ATƏT MQ həmsədrliyində ballast dövlətə çevrilir | 1news.az | Xəbərlər
Siyasət

Mübariz Əhmədoğlu: Fransa ATƏT MQ həmsədrliyində ballast dövlətə çevrilir

10:21 - 02 / 08 / 2017
Mübariz Əhmədoğlu: Fransa ATƏT MQ həmsədrliyində ballast dövlətə çevrilir

Hal-hazırda Fransa Dağlıq Qarabağ tənzimlənməsində heç bir təşəbbüs irəli sürə bilmir. Eks-prezident F.Olandın Azərbaycan və Ermənistan prezidentlərinin Paris görüşü ilə bağlı irəli sürdüyü təşəbbüs Ermənistan tərəfindən  rədd olundu.

1news.az-ın məlumatına görə, bunu Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin sədri, politoloq Mübariz Əhmədoğlu Fransanın ATƏT MQ həmsədrliyilə bağlı xəbəri şərh edərkən bildirib:

“Fransanın Dağlıq Qarabağ tənzimlənməsində ballasta çevrilməsində əsas rol bir qrup Fransa parlamentariləri və siyasətçilərinə məxsusdur. Bir qrup Fransa parlamentarisi və siyasətçisi “Artsax” (Dağlıq Qarabağ)-Fransa Dostluq Qrupu yaratmaqla  Dağlıq Qarabağın müstəqil dövlət kimi görünməsi istiqamətində fəaliyyət göstərdilər. Fransada erməni icmasının rəhbərlərindən biri Murad Papazyan  F.Olandın Dağlıq Qarabağ tənzimlənməsi ilə bağlı fikirlərini açıqladı; Ətraf rayonlar Azərbaycana qaytarılmalı imiş; Papazyanın aranjemanında bu 7 yox 5 rayondur.

F.Olanda görə 1988-ci ilədək Dağlıq Qarabağda yaşamış azərbaycanlıların Dağlıq Qarabağa qayıdaraq Dağlıq Qarabağ erməniləri ilə birlikdə Dağlıq Qarabağın statusu barədə referendumda iştirak etməli imiş; M.Papazyanın aranjemanında Dağlıq Qarabağ azərbaycanlıları cəmi 25 faizdir və referendum müstəqillik referendumudur”.

Politoloqun fikrincə, fransalı erməni bunu etiraf etdiyi halda erməninin ələ aldığı Fransa parlamentinin deputatı F.Roşbluan isə yalnız Dağlıq Qarabağ ermənilərini və onların müstəqil dövlətçiliyini görürdü.

“Dəfələrlə Fransa cəmiyyətinin aktiv hissəsinin nümayəndələrini qoşunların təmas xəttinin ön hissəsinə gətirmişdi. Məhz bəzi Fransa siyasətçilərinin hesabına Fransa ATƏT MQ-də ballast dövlətdir. Belə fəaliyyət yalnız Ermənistana sərfəlidir: “Fransa tərəfi belə dedi”, “Fransa ilə də məsləhətləşək” adı ilə S.Sərkisyan geniş imitasiya resursları əldə edir. Roşbluan yaxın günlərdə bir qrup parlamentarilər ilə Dağlıq Qarabağın azərbaycanlı icmasını Fransaya dəvət edəcəksə, bu halda müəyyən qədər gözləmək olar”.

S.Xankişiyeva

Paylaş:
655

Son xəbərlər

Rusiya Ukraynanın enerji infrastrukturuna hücumlar edibBu gün, 12:37Cümə gününün hava proqnozuBu gün, 12:22Azərbaycanda iş və istirahət günlərinin yerləri dəyişdirilibBu gün, 12:11Əmtəə bazarlarında qızıl və gümüşün qiyməti azalıbBu gün, 12:05Azad edilmiş rayonlarda nə qədər iş yeri yaradılıb? - Statistika açıqlandıBu gün, 11:58Şəkərli diabetin müayinə və stasionar müalicəsi icbari tibbi sığorta ilə qarşılanırBu gün, 11:36FHN dəm qazı təhlükəsi ilə əlaqədar əhaliyə müraciət edibBu gün, 11:32Azərbaycan Prezidenti Mavritaniyanın dövlət başçısına təbrik məktubu ünvanlayıbBu gün, 11:22Dövlət başçısı Timor-Leste Demokratik Respublikasının Prezidentini təbrik edibBu gün, 11:19Məktəbdənkənar təhsil müəssisələrinə elektron qəbul başlayıbBu gün, 11:11“Bərgüşadçay” yedək gəmisi istismara verilibBu gün, 11:08İlham Əliyev Albaniya Prezidentini təbrik edibBu gün, 11:07Suqovuşan-Sərsəng su anbarı-Qozlukörpü-Kəlbəcər avtomobil yolunun inşası davam edir - FOTO - VİDEOBu gün, 11:02COP29 zamanı İçərişəhər və Qala muzeyləri 12000-dən artıq ziyarətçi qəbul edibBu gün, 11:00Paşa Kapitalda “SİMA İmza” ilə məsafədən hesab açmaq imkanı yaradılıbBu gün, 10:41LG telefon bazarını tərk etdiBu gün, 10:34Psixoloq: Oyuncaqlar uşaqların xarakterini formalaşdırırBu gün, 10:20Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi endirilibBu gün, 10:11Bakıda yağıntılı hava şəraiti hökm sürür - FAKTİKİ HAVABu gün, 09:58Doktoranturada təhsil alanlar üçün xarici dillər üzrə fəlsəfə doktoru imtahanı keçiriləcəkBu gün, 09:50
Bütün xəbərlər