Avropa Ittifaqı Azərbaycana yeni səfir təyin edib | 1news.az | Xəbərlər
Siyasət

Avropa Ittifaqı Azərbaycana yeni səfir təyin edib

11:42 - 02 / 08 / 2017
Avropa Ittifaqı Azərbaycana yeni səfir təyin edib

Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinə yeni  rəhbər təyin edilib.

1news.az-ın əldə etdiyi məlumata görə, yeni səfir Kestutis Cankauskasdır (Kęstutis Jankauskas). 

O, daha əvvəl Gürcüstanda Avropa İttifaqının Monitorinq Missiyasına rəhbərlik edib.

K. Cankauskasa rəmi Bakı tərəfindən artıq aqreman verilib. Litva diplomatik xidmətinin karyeralı diplomatı olan Cankauskas 1991-ci ildən, Litvanın öz müstəqilliyini elan etdikdən sonra diplomatik fəaliyyətə başlayıb.

2011-ci ildən 2015-ci ilədək Litvanın NATO-da  səfiri  vəzifəsində çalışıb.

Qeyd edək ki, nümayəndəliyin əvvəlki rəhbəri səfir Malena Mardın fəaliyyət müddəti bu ilin iyulunda başa çatıb.

Pərvanə Sultanova

Paylaş:
1078

Son xəbərlər

Bütün xəbərlər