Bakıda əcnəbi turisti qarət edən şəxs tutuldu

Pols əməkdaşları Bakıda əcnəbi tursti qarət edən şəxsi saxlayıblar.
1news.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyindən məlumat veriblər.
Məlumata görə, Nəsimi RPİ 22-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyulun 31-də əcnəbi vətəndaş - turist Abdulla Nasır Mövsüm Əl Haddabiyə məxsus içərisində 70 manatı, bankomat kartları, sürücülük və şəxsiyyət vəsiqələri olan pulqabısını açıq talama yolu ilə almaqda şübhəli bilinən Neftçala rayon sakini Murad Qasımov tutulub.
Babək Cahandarov
557