Meteoroloqlar isti hava şəraiti ilə bağlı əhaliyə xəbərdarlıq ediblər | 1news.az | Xəbərlər
Cəmiyyət

Meteoroloqlar isti hava şəraiti ilə bağlı əhaliyə xəbərdarlıq ediblər

13:12 - 04 / 08 / 2017
Meteoroloqlar isti hava şəraiti ilə bağlı əhaliyə xəbərdarlıq ediblər

Ekologiya və Təbii Sərvətlər Nazirliyi ölkə ərazisində hava şəraitinin istiləşəcəyi barədə xəbərdarlıq edib.

Nazirliyin Milli Hidrometeorologiya Departamentindən 1news.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında avqustun 5-dən birinci ongünlüyün sonunadək havanın maksimal temperaturunun 35-39,  bəzi günlərdə 41 dərəcə isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında avqustun 5-dən birinci ongünlüyün sonunadək hava şəraitinin isti olacağı, havanın maksimal temperaturunun  35-40, bəzi günlərdə Naxçıvan MR-da və Mərkəzi-Aran rayonlarında 43, dağlıq rayonlarda  isə  29-34 dərəcə isti olacağı gözlənilir.

Babək Cahandarov

Paylaş:
618

Son xəbərlər

Bütün xəbərlər