“Azərkitab” beynəlxalq layihələrə imza atır | 1news.az | Xəbərlər
Cəmiyyət

“Azərkitab” beynəlxalq layihələrə imza atır

16:22 - 04 / 08 / 2017
“Azərkitab” beynəlxalq layihələrə imza atır

Bu gün “Azərkitab” Kitab Təbliğatı Mərkəzində “Azərkitab” ilə dünya şöhrətli yazıçı, dedektiv janrının ustası, Azərbaycan Yazıçılar Birliyinin üzvü, xalq yazıçısı Çingiz Abdullayev arasında müəllif lisenziya müqaviləsinin imzalanma mərasimi keçirilib.

1news.az xəbər verir ki, müqaviləyə əsasən “Azərkitab” Kitab Təbliğatı Mərkəzi yazıçı Çingiz Abdullayevin 3 kitabını, 2 yeni - “Торжество хама”, “Южная рапсодия”, həmçinin ona şöhrət gətirən “Голубые ангелы” əsərlərinin rus dilində nəşrini və çapını həyata keçirərək, dünyanın bir sıra ölkələrinə ixracnı təmin edəcək.

Bu razılaşma “Azərkitab”ın müəllifin kitablarının primyeralarını həm  Bakıda, həm də Rusiyanın Moskva və Sankt-Peterburq şəhərlərində, eləcə də MDB ölkələrində təşkilini nəzərdə tutur.

Qeyd edək ki, “Azərkitab” Kitab Təbliğatı Mərkəzi gələcəkdə də Azərbaycanın bir çox yazıçı və alimləri ilə bu istiqamətdə əməkdaşlıq etmək və onların təbliğatını dünya ölkələrində həyata keçirmək niyyətindədir.

Babək Cahandarov

Paylaş:
961

Son xəbərlər

Bütün xəbərlər