Azərbaycan snayperləri yarışların növbəti mərhələsinə yüksəliblər

Bu gün “Beynəlxalq Ordu Oyunları - 2017” çərçivəsində Qazaxıstanın Otar hərbi bazasında keçirilən “Snayper həddi” müsabiqəsində snayper cütlükləri yarışında iştirak edən Azərbaycan snayperləri uğur qazanaraq növbəti mərhələyə keçiblər.
1news.az xəbər Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadla xəbər verir ki, Azərbaycan snayperləri ilə yanaşı Rusiya, Belarus, Çin, Qazaxıstan, Özbəkistan, Banqladeş və Monqolustan snayperləri də növbəti mərhələyə yüksəliblər.
Ermənistan, İran, Yunanıstan, Venesuela, Qırğızıstan, Zimbabve, Hindistan, Tailand və Cənubi Afrika Respublikasının snayperləri zəif nəticə göstərərək yarışları tərk ediblər.
1news.az
898