Somalinin paytaxtında güclü partlayış baş verib | 1news.az | Xəbərlər
Dünya

Somalinin paytaxtında güclü partlayış baş verib

21:50 - 04 / 08 / 2017
Somalinin paytaxtında güclü partlayış baş verib

Somalinin paytaxtı Moqadişoda güclü partlayış baş verib.

1news.az  Reuters agentliyinə istinadən verdiyi xəbərə görə, şəhərdə minalanmış avtomobil partladılıb.

Hadisə nəticəsində ölən və yaralananların olduğu bildirilir. Minalanmış avtomobil xəstəxananın qarşısında partladılıb. İnsidentə görə məsuliyyəti hələ ki, heç bir qruplaşma öz üzərinə götürməyib.

Qeyd edək ki, “Əl Qaidə” qruplaşması ilə əlaqəli olan “Əş-Şəbab” Somalidə terrorçu fəaliyyətlə məşğuldur. Qruplaşma ölkənin hakimiyyət orqanlarına qarşı silahlı mübarizə aparır.

1news.az

 

Paylaş:
1139

Son xəbərlər

Bütün xəbərlər